"Qobustan"ın yay buraxılışı nəşr olunub
03.07.15
Bugünlərdə "Qobustan" dərgisinin növbəti sayı işıq üzü görüb. Dərgi baş redaktor Vaqif Əlixanlının "Qırx sətir"i ilə açılır.
"Pərdənin o üzü" rubrikasında "Yeni dram gecikir…" müzakirəsi yer alıb. Müzakirədə Vaqif Əlixanlı, İlqar Fəhmi, Əli Əmirli, Vidadi Qafarov, Firuz Mustafa, Aynurə Mustafayeva, Camal Yusifzadə, Ülviyyə Heydərova iştirak ediblər.
Ağalar İdrisoğlunun "Haqqa güvənirəm, bir də ailəmə..." başlıqlı müsahibəsi də jurnalın bu sayında öz əksini tapıb.
Firidun Qurbansoyun suallarını şair Yusif Nəğməkar cavablandırıb.
Jurnalda Dərbəndlə bağlı silsilə yazılar da təqdim olunub.
Zemfira Səfərovanın "Muğamşünaslığımız. Risalələrin tədqiqi və bir para qeyri problemlər barədə" yazısı "Sarı sim" rubrikasında verilib.
Vaqif Yusifli "Bir səsin sehri" məqaləsində xanəndə Elnarə Abdullayevanın səs imkanlarından söz açıb.
Gülşən Əliyeva- Kəngərlinin "Şəcərənin rəssam oğlu" yazısı Bəhruz Kəngərliyə həsr olunub.
Bayram İsgəndərlinin "Söz yaxıları", Ziyadxan Əliyevin "Balaca Elnurun dünyası", Elçin Muxtar Elxanın "Xanxan oyunları", Almaz Yurdsevərin "Borçalı xalçaları", Bilal Alarlının "Kürdülər və qıyhalar", Nigar Kərimovanın "Gəncə karvansaraları", Esmira Nəzərlinin "O birincilərdən idi" və digər maraqlı yazılar jurnalın bu nömrəsində oxuculara təqdim edilib. /525.az/
|