Aydın dadaşov - Bir gəmilik səadət
02.07.15

Uşaqlıqdan təngənəfəslikdən əziyyət çəkən Jan Viqonun ömrünün sonunda, 29 yaşında çəkdiyi yeganə tammetrajlı ekran əsəri olub sözün, mətnin az əhəmiyyət kəsb etməsi ilə lal kinoya daha yaxın, adı Qədim Yunan mifologiyasından gələn, “Atalanta” filmi (ssenari müəllifləri Jan Qine, Alber Riera, Jan Viqo. 1934) lirik, romantik, poetik kino ənənəsini yarada bildi. Ömrünü əyalətdə keçirən Cülyettanın (Dita Parlo)  “Atalanta” yük gəmisinin sahibi və kapitanı Janla (Jan Daste) ailə qurmaqla həyatını dəyişməsi yolundakı maneələr filmin məğzini yaradır. Bu lirik komediyanın əsas göstəricisi azsaylı heyətlə birgə pişiklərin də yaşadığı “Atalanta” gəmisinin timsalında romantik dünyanın modelinin yaradılması ilə bağlıdır.  Kənd toyu ilə başlanan bu filmdə gəlinin bəyin kapitan olduğu “Atalanta” yük gəmisinə ötürülməsi, Janla Cülyettanın göyərtədə küləyə qarşı üzmələri reallıqdan irreallığa keçid edir.  Bu irreallıqda ailə səadətinin ilkin mərhələsini yaşayan Cülyettanın vedrədəki suya başını salmaqla itirilən sevgilini suda axtarmağı Jana öyrətməsi gələcəkdə reallaşacaq təsvir həllinin təməlini yaradır. Hərəkət edən gəmidən görünən dəyişkən mənzərələr fonunda azsaylı personajların insani münasibətlərinin inkişaf etdirməsi dramatizmi təsvir kontekstində zənginləşdirir. “Atalanta” gəmisində səliqə-sahman yaradan Cülyettanın əri Janla yanaşı, yamaqlı şalvar geyinən qoca dəniz canavarı, bosman Jülün (Mişel Simon) və onun köməkçisi Balacanın (Lui Lefevr) da çirkli paltarlarını yuması məkanın yeniləşməsini simvollaşdırır. Ömrünü müxtəlif gəmilərdə keçirməklə mürəkəb həyat yolu keçmiş, bütün bədənini döymə rəsmlər bəzəyən qoca bosman Janın həyatına yenilik gətirən Cülyettaya vurulması, Janın arvadını qısqanması yeni təklif olunan vəziyyət yaradır. Okeanlar üzüb keçdiyi ölkələrdən yığdığı köhnə əşyaları; ruporsuz xarab patefonu, fil sümüyünü, əlvan yelpiyini, marionet kukla dirijorunu və digər oyuncaqlarını Culyettaya göstərən bosman Jülün gəlib çıxaraq divardakı çılpaq qadın rəsmlərindən hiddətlənən Janın qəzəbinə gəlməsi melodrama ziddiyəti üçbucağını yaradır. Qəzəblənən Janın Jülü təhqir edib Cülyettaya əl qaldırması münasibətlər sistemini yeni müstəviyə gətirir. Yük gəmisinin kanallardan Sena çayına keçməklə Parisə çatması, gəlib çıxan Xırdavatçıdan (Jil Marqariti) plastinka alması, köməkçisi Balacanı da götürüb şəhərə çıxan Jülün yanına getdiyi falçı xanımla əlaqəsi və və üz tutduğu bardan sınıq patefonu üçün rupor oğurlaması  yeni komik süjet xətti yaradır. Belə ki, oğurladığı ruporu köhnə patefona əlavə edərək Xırdavatçıdan aldığı plastinka üzərində barmağını bir neçə dəfə hərlətməklə musiqi səsi eşidən Jülün təəccüblə akkordeonu anında səsləndirib susduran Balacanı görməsi komizmi artırır. Və bütün günü veyillənməsi səbəbindən Janla Cülyettanın artıq şər yuvası kimi təqdim olunan  şəhəri gəzə bilməməsi yaranan məkan məhdudiyyətini təqdim edə bilir.

Nəhayət ki, cütlüyün şəhərə çıxması, “4 millət” kafesində qarşılaşdıqları,  dell-arte maska komediyasının şən personajı Arlekinə bənzər Xırdavatçının müxtəlif fokslar göstərməklə sanki ovsunlayıb rəqsə dəvət etdiyi Cülyettanı əldə etmək istəməsi növbəti ziddiyyəti yaradır. Xırdavatçı-foksçu rolundakı sirk ustası Jil Marqaritinin ekranda özünün peşəkar üslub imkanlarını nümayiş etdirməsi karnaval estetikasını qabarda bilir. Paralel olaraq əsas personajlardan Culyettanin maska komediyasının yelbeyin tipajı Kolaminatya, Janın qəmgin Pyeroya bənzəməsi karnavalın strukturunu filmin məxsus olduğu komediya janrında zənginləşdirir. Paralel olaraq təsvir olunan Paris mühitinin sosial həyatı, tarixən sənətkarların tərənnüm etdikləri bu şəhəri, ümidləri məhv edən, ailə institutuna maneçilik törədən tamamilə yeni bir rakursdan göstərir. Və beləliklə donuq, sükunətli şəhərlə dinamik, hərəkətli yük gəmisinin ziddiyyəti təsvirdə qarşılaşdırılır.  

“Atalanta” gəmisininin durduğu sahilə  gələn Xırdavatçı-foksçunun turba çalmaqla belinə, əl-ayağına bərkitdiyi mis boşqabları səsləndirməklə cəlb etdiyi Cülyettanın cazibədar Parisə qaçması, son pullarını xərcləməklə şlyapa, corab, dəsmal, ənlik, muncuq alması dramaturji strukturu yeni mərhələyə gətirir. Qəzəblənən Janın “Atalanta” gəmisinin yerini dəyişməsi ilə tanımadığı yad şəhərdə kimsəsiz qalan Cülyettanın iş axtararkən çantasının da oğurlanması bu personajı çıxılmaz vəziyyətə gətirib çıxarır. Paralel olaraq Cülyettanın yoxluğundan əzab çəkən Janın halsızlaşması, əyalətə taxıl daşımaqdan belə imtina etməsi dramatizmi artırır. Bir-birinin həsrətini çəkən Janla Cülyettanın bir-birilərinin sığallamalarını gecələr yuxuda görmələrinin təsviri paralel montajın mükəmməl nümunəsini yaradır. Kapitan Janın əzablarına dözməyən Jülün itirdiyi Cülyettanı baş vurduğu Sena çayında axtarması təsviri sualtı çəkilişlərlə zənginləşdirir. Kapitan Janın əzablarına dözməyən Jülün itən Cülyettanı Parisin küçələrində axtarması dünyanın nizamının bərpasına xidmət edir. Yeri gəlmişkən bir filmlə klassikə çevrilən Jan Viqonun müasir rejissor pərəstişkarından Emir Kusturitsa “Anderqraund” filmində (1995) xilaskar çay gəmisinə şarjı, bəyin toyunda itirdiyi xanımını, sonda atasının oğlunu, gəlini, arvadını, kirvəsini, onun məşuqəsini və musiqiçiləri suyun altında tapmasını, sondakı toy mərasimi gedən ərazinin qoparaq, parçalanan Yuqoslaviyanın bir  hissəsi kimi çayda üzməsini, Ceyms Kemeron “Titanik” filmində (1997) sevgililərin gəminin burnunda küləyə qarşı üzməklə daxili azadlıqlarını təsvirdə nümayişini postmodernizmə xas istinadlarla daha da mükəmməlləşdirdilər.

Daha əvvəl özünün rejissor kimi çəkdiyi, ssenarisinin əvvəlinə “Mənim kinematoqrafda, həmçinin həyatda müəllimim Jan Viqonun xatirəsinə” yazdığı “Uzun xoşbəxt həyat” filminin (1966) bir sıra epizodlarında “Atalanta”ya çoxsaylı istinadlar mövcuddur. Ssenarinin sonundakı: “Yağmurlu noyabr günündə bu gəmi tünd sulardan, hər hansı bir keçidsiz gözqamaşdıran yay gününə daxil olur. İndi o yüksək çəmən çiçəklərinin, hündür otların, çobanyastıqlarının, yoncaların yay əlvanlığı, əsrarəngizliyi, yaşıl çəmənlik üzərində qanadlanan quşların, cırcıramaların, yəhərsiz-yüyənsiz atlarını isti iyul havasına doğru çapan ayaqyalın yeniyetmələrin arası ilə üzür. Burada su sahilə çıxdığından sanki gəminin sanki çiçəklərin arası ilə üzməsi kimi tam mükəmməl, yeganə təəssürat yaranır, ağıla başqa heç nə gəlmir”  cümlələri ekranda reallaşa bilməsə də “Atalanta” filminin buraxdığı təəssüratın zənginliyini göstərir.

 “Atalanta” filminin sonunda Parisdə itən Cülyettanın xidmətçi kimi çalışdığı kafedə inzibatçı qadının yuxulamasından istifadə etməklə patefonla “Dənizçilər nəğməsi”ni dinləməsi və bosman Jülün bu mahnının küçədə quraşdırılan ruporla eşitməsi ilə dramaturji düyünün açılışı sanki dünyanın düzəninə yönəlir. Bosman Jülün Cülyettanı çiyninə alaraq gətirib Jana qovuşdurduğu məkanın - “Atalanta” gəmisinin mükəmməlliyi bərpa edilir.
Jan Viqonun dünyasını vaxtsız dəyişməsindən sonra, müşahidə metodu ilə ekrana gətirdiyi kadrlarda personajların dinamikasını mühit kontekstində təmin etməklə uğurlu məkan həllini böyük qardaşı Dziqa Vertovun Rusiyadan göndərdiyi kinokamera ilə yaradan kinooperator Boris Kaufmanın “Atalanta” filmini sona çatdırması (1943) mühüm sənət hadisəsinin reallaşmasına zəmin yaratdı. 1951-ci ildən Fransada “Jan Viqo” adına mükafat məhz müstəqil və qeyri-adi üsluba malik Alber La Moris, Allen Rene, Kris Maker kimi kino sənətkarlarına verildi.

2014-cü ilin «Собеседник», jurnalının 6-cı sayında Дмитри Быковун  “Отар İоселиани: Ola bilsin ki, Stalin xeyir yaratmaq istəyirdi alınmadı. Putin haqqında heç vaxt belə deməzlər.” məqaləsindəki: “Eşitdiyimə görə siz Jan Viqonu sevimli rejissorumuz adlandırmısınız, “Atalanta” da nə var ki, çox fərqli adamlar bir səslə onu həyatlarının əsas filmi adlandırırlar?”  sualına rejissor Отар İоселианиnin: “Bunu necə izah edəsən? “Atalanta”nın dövlət film fondunda saxlanılan tam nümunəsinə bütövlükdə baxmaq lazımdır. Bir epizodda kilsədən çıxıb çaya doğru gedən kütlənin diqqətindən yayınan,  bəylə gəlinin azaraq bir-birinin əlindən tutub heç nəyə məhəl qoymadan çəmənlikdəki ot tayalarının arasında itmələri ayrıca bir filmdir. Nə vaxt ki, Bosman Mişel Simonun qarnına döydürdüyü sifəti bəylə gəlinə göstərib göbəyində siqaret çəkməsi digər film deyilmi? Bəylə gəlinin ilk dəfə gördükləri ayağına, belinə, çiyninə bağladığı boşqabları səsləndirən sirk ustasının tilsimə saldığı qızı aparması cavan ərin gəlinini tapmaq üçün deyilənlərə inanıb başını suya soxması isə bir başqa filmdir. Bu film haqqında soruşmaq belə mənasızdır. Bu film Fellinin, Jak Tatinin elə bizim ən yaxşı sovet ssenariçisi saydığım Şpalikovun sonradan cücərtdikləri əşyalarla, detallarla zəngindir”  qənaətləri dəqiq müşahidənin nəticəsidir.

Avanqard.net

Yenililklər
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.