Gənc yazar Vasif Əlihüseyn “Divara yazılmış AZADLIQ sözü” adlı kitabını təqdim edib. Kitabın təqdimatı iyunun 27 – də Park Bulvarda yerləşən “Ali və Nino” kitab mağazasında kerçəkləşib. Kitabda Vasif Əlihüseynin son illərdə yazdığı şeir və esseləri toplanıb. Kitabın ön sözünün müəllifi və redaktoru şair Məlahət YUSİFqızıdır. Təqimatda şairlərdən Balayar Sadiq, Məlahət YUSİFqızı, Şəfəq Sahil, Xaliq Laçınlı və həmçinin gənc yazarlardan Hədiyyə Şəfaqət, Seyran İsmayıl, Yusif Ərəbsoy, Gülbala Dadaş, Yetim Qacar və Qərib iştirak edib.
Müəllif bildirib ki, təqdimatdan sonra “Divara yazılmış AZADLIQ sözü” kitabı “Ali və Nino” kitab dükanlarında satışda olacaq. Kitabın qiyməti 4 manatdır.
Kitabda yer alan şeirlərdən bzəilərini təqdim edirirk. Sevgi döyüşüÜrəyimdə
dalğalanır
sancdığın
həsrət bayrağı.
Özümü aldadıram
atəşkəs sevdasıyla.
Özümü
səndən azad edirəm.
Amma ürəyim
hələ də tapdanır
sevginin işğalında.
Günü on manata işləyən rayon qadını
Yaxşı ki,
sən getdin.
Sənin bilmədiyin
hüzn başladı ömrümdə.
Bütün çay evlərinin
iki müştərisi azaldı onda.
Günü on manata işləyən kənd qadını,
dodaq boyalarına bələnmiş
stəkanları yudu deyinə - deyinə.
Sonra
səni qısqandığım paltarlarda
şəkillərini paylaşdın.
Bircə yol
üzüm gəlmədi ki, soruşam:
-Müəllif kimdi?
Qayıdıb öz evimə gəldim,
qapını döydüm.
Qonşu uşağı
qaçdı üstümə:
- Əmi muştuluğumu ver,
evdə heç kim yoxdu!
KOMPUTER ÖNÜNDƏ SƏNİ DÜŞÜNƏRKƏNYadımdan çıxmırsan nə edim axı,
payız da yağışın, qış da qarımın.
Mən hansı küçəyə baxsam nə fayda,
reklam lövhəsisən qayğılarımın.
Durub, taleyimə baxıram indi,
səni sevməsəydim, gülə bilərdim.
Ürəyim komputer yaddaşı olsa,
mən ordan adını silə bilərdim.
Geriyə dönməyə çalışma daha,
bəlkə gənc olmuşam, yolu azmışam.
Mənə eylədiyin xəyanət üçün,
ömrümə ən yeni virus yazmışam.
Özümü dəyişdim, başdan ayağa,
sənə ağlamaqdan daha doymuşam.
Qapı dəstəyini qırma əzizim,
bütün arzuları koda qoymuşam.