Aliyə Əsədova - Gedirəm... nəfəs tutulur...
24.06.15
Portret, mistika, sərlövhələr, açıq düşərgə və sairə
Qəsr önü- dörd bir yanı xarabalıq.. burda olub nəhəng məmləkət vaxtilə. Nə səmti var nə yönü - adamı sıxır tənhalıq. Uçuq-sökük çayır basmış qala, uçulmuş divarları dəlik-deşik. Homerin yazısı Nəsiminin dərisi Füzulinin şamı Afrodita- qolları kəsili, Şekspirin siqarı Cabbarlının çayı, qəndi, şərabı, bir qadın tökür göz yaşları . Gedirəm... nəfəs tutulur... Uzaqlaşıram gözlərimi açıram - bir dünya yaratmışam söylədiklərim bir cərgə, bir yerə toplamışam olub qarışıq düşərgə. Çıxım burdan, boğur məni sıxıntılar . Keçirəm- şam, şərab, siqar, üzərinə damcılayan göz yaşı, kəsilmiş qollar dəri üzərində yazı bir də addımlar- mənim addımım. Bu insan taleyi insan xəyalı. Buraxın məni,- fikrim azacıq titrək azacıq da havalı.
Qeyd - Şekspir siqar istifadə etməyib
|