Rəşad Məcid: “Yeri gələndə gənclərə qarşı qəddar da olmaq lazımdır”…
17.06.15

Avanqard.net AYB-nin katibi Rəşad Məcidin müsahibəsini təqdim edir.


– Hansı gənc ədiblər daha çox yadda qalan oldu?


– Mən 2004-cü ildə AYB-yə gələndə demək olar ki, orda gənclər yox idi və mənim AYB-də ən çox ünsiyyətdə olduğum insanlar Qabil, Abbas Abdulla və Fikrət Sadıq idi. Gənclər AYB-dən uzaq düşmüşdülər. Çox çalışdım gəncləri birliyə cəlb etmək üçün. 2007-ci ildə Azərbaycan prezidentinin sərəncamı ilə gənclərə təqaüd ayrılmağa başladı. 2008-ci ildə isə Mədəniyyət və Turizm Nazirliyi ilə AYB-nin birgə layihəsi olan Gənc Ədiblər Məktəbi yaradıldı. Birinci GƏM-in ilk üzvləri ilə görüşlər daha maraqlı və daha cəlbedici idi. Baxmayaraq ki, onların bəziləri sonradan AYB-yə qarşı çıxdı, bəziləri ilə münasibətlərimizdə soyuqluq yaransa da, ilk GƏM mənim üçün unudulmaz xatirəyə çevrilə bilmişdi.
 
– Ümumiyyətlə Gənc Ədiblər ədiblik edə bilirlərmi?

– İlk GƏM bitəndə biz Mədəniyyət naziri Əbülfəz Qarayev və mənim imzamla diplom vermişdik ki, əlli nəfər gənc iki il ərzində ədəbi mühazirələrdə iştirak edib və dinləyib. Onların arasında sadəcə bir neçəsi olacaq ki, ədəbiyyatda qala biləcək, öz ömrünü ədəbiyyata həsr edəcək. Ondan sonrakı GƏM-ə isə bölgələrdən də gənc yazarlar qatılmağa başladı. Ancaq məndə o əvvəlki həvəs, şövq demək olar ki, qalmayıb. Bunun əsas səbəbkarı da vaxtından əvvəl “ulduz xəstəliyinə” tutulan gənclər oldu. Yenə də mən gənclərə dəstəyin tərəfdarıyam.
 
– AYB-dən narazı olanlar kimlərdir?

– İndi demək olar ki, əvvəlki kimi narazılıqlar yoxdur. Məsələn vaxtilə gənclər arasında narazı olanlar var idi ki, indi onlar özləri gənclik dövrünü başa vurublar və indi yetişən gənclik məhz onların özünə qarşı çıxır. Elələri var ki, AYB-dən nəsə umub və o umduğunu ala bilməyəndə birliyə qarşı cəbhə açıb. Bəzi indiki gənclər də onların aurasında məsələnin məğzini bilmədən kor-koranə onlara qoşulur. Amma hər halda hesab edirəm ki, obyektiv adam bu günki gün dövlətin, birliyin gənclərə yaratdığı şəraitdən narazı olmamalıdır. Bəziləri düşünür ki,  AYB hansısa gənci üzv edib, təqaüd verirsə, deməli onun qarşısında hansısa siyasi tələblər qoyur. Ancaq yaxından bələd olanlar bunun heç də belə olmadığını görürlər.
 
– Ədəbi mühitdə saxta imzalar artıbmı?

– Çox artıb. Mən hər zaman gənclərə dəstəyin tərəfində olsam da, bəzən fikirləşirəm ki, yeri gələndə gənclərə qarşı qəddar da olmaq lazımdır. Qəddar olmaq lazımdır ki, ədəbiyyata şan-şöhrət, həvəs və başqa şeylərin xatirinə gələnlər yavaş-yavaş sıradan çıxsın ki, ədəbiyyat onun qədrini bilib, ömrünü ona həsr edənlərin əlində daha da inkişaf etsin. Ancaq indi elə bir şəraitdə yaşayırıq ki, saytların, qəzət və jurnalların çoxluğundan hər kəs öz yazısını istədiyi yerdə çap etdirə bilir. Mən əvvəl buna çox aqressiv münasibət göstərsəm də, sonradan zamanın öhdəsinə buraxmaq qərarına gəldim. Çünki zaman özü onların arasında ən yaxşıları seçib saxlayacaq.
 
– Son beş – on ildə ədəbiyyat arenasında sözün əsl mənasında hadisə nəyi hesab edirsiniz?

– Ayrı- ayrı ədiblərin əsərlərini ədəbi hadisə hesab edə bilərik. Məsələn, Seyran Səxavətin “Qaçaqaç”, Kamal Abdullanın “Unutmağa kimsə yox” romanları çox ciddi ədəbi hadisədir. O cümlədən də Elçinin, Anarın ədəbi prosesdə fəal iştirakı təqdirə layiqdir. Gənclər arasında Elxan Qaraqanını əsərləri sadə və daha çox məişət üslubunda olsa da, “Birinci addım” və “İkinci addım” romanları ədəbi hadisə hesab edilə bilər.
 
– AYB gənclərə yetəri qədər dəstək olub, bütün gəncləri əhatə edə bilirmi?

– Dediyim kimi, bütün əlinə qələm alıb özünü yazıçı adlandıranların hamısı üçün hansısa münbit şəraitin yaradılmasının tərəfdarı deyiləm. Ancaq yenə də belə düşünürəm ki, kənarda qalan olmur. Ədəbiyyata iddiası olan, ədəbi mühitdə olmağa çalışan cavanların hamısı üçün nəsə edirik, ən azından etməyə çalışırıq.
 
– Ədəbi prosesi yetəri qədər izləyə bilirsinizmi və daha çox hansı qaynaqlardan izləyirsiniz?

– “525-ci qəzət” uzun illər Azərbaycanda ədəbiyyatın təbliğatçılarından biri olub. Hətta heç bir ədəbi jurnallar, saytlar olmayan dövrlərdə ədəbi proses bu qəzəbin səhifələrində öz əksini tapırdı. Indi isə yetəri qədər ədəbi orqanlar fəaliyyət göstərir. Ədəbi prosesi ən yaxından izləyənlərdən biriyəm. Ən çox kitab şəklində çıxanda oxuyuram, “Azərbaycan” və “Ulduz” jurnallarından izləyirəm. Dəfələrlə heç tanımadığım bir insanın yazısını bəyənib nömrəsini tapıb təbrik də etmişəm. Ondan başqa sosial şəbəkələrdən də “kəşf etdiyim” cavanlar olub. Məsələn, İkinci Mahmudun adını çəkə bilərəm. Ondan başqa Təranə Vahidin yaradıcılığına əvvəllər ciddi münasibət göstərməsəm də, kitabı çıxandan sonra daha yaxından tanış oldum və onun haqqında nə qədər yanıldığımı gördüm.
 
– Qələm adamı üçün ədəbiyyat təhsili önəmlidir, yoxsa istedad?

– İstedad əlbəttə vacib olan şərtlərdən biridir. Ancaq istedadına arxayın olub oxumamaq, mütaliədən uzaq gəzmək, öyənməmək gec – tez istedadın məhvinə aparıb çıxarır. Ona görə də istedadın yanında zəhmət, əzm, fəaliyyət olmalıdır ki, istedad öz parlaqlığı ilə görünə bilsin.
 
– Son vaxtlar poeziyada esse – şeir,  texniki şeir janrı artmaqdadır. Buna münasibətiniz necədir?

– Çox zaman o cür şeirlər yazanlar özlərinin qeyri – peşəkarlıqlarını bu cür forma arxasında gizlətməyə çalışırlar. Sənətin müxtəlif sahələrində belə şeylər olur: eksperimentlər edirlər və deyirlər ki, biz belə yazırıq. Məsələn, musiqidə Alim Qasımovun etdiyi yenilikləri çox zaman tənqidlə qarşılayırlar. Ancaq Alim Qasımov muğamın, musiqinin bütün incəliklərini bilib, öyrənib, sonradan yeniliklər gətirmişdi. Ədəbiyyatda da hansısa cavan yazıçı hecada,  əruzda və ya klassik ənənləri öyrənib nələrsə yazırsa və sonradan bu cür yeniliklər axtarışına girirsə, bunu başa düşmək olar. Ancaq bir dənə heca şeirində qayda – qanuna uyğun şeir yazmağı bacarmayan insan söz yığınından ibarət bir sərbəst şeir yazıb şairlik iddiasına düşürsə, bu, elə təxminən Elza Seyidcahanın şeir yazmağına oxşayır.reshad mecid1
 
– Elza Seyidcahandan söz düşmüşkən, bəzi ciddi ədəbi saytlar var ki, ciddi və ya qeyri – ciddi şəkildə Elza Seyidcahanın şeirlərini yayımlamaqla nə dərəcədə haqlıdırlar?

– Elza Seyidcahan mənim çox hörmət etdiyim bir sənətkardır. Musiqi sahəsində gözəl əsərləri də var. Azərbaycan poeziyasını da gözəl bilən, mütaliəli adamdır. Sadəcə olaraq, hardasa diqqət cəlb etmək üçün bu formada şeir yazdığını iddia edib, bu da hərdən gülməli də görünür. Ancaq Elza xanımın bu cür qeyri – adi hərəkətləri cəmiyyətə məlumdur. Ona görə də şeir yazması məsələsinə də ciddi yox, bir az zarafatyana baxmaq lazımdır. Ancaq mənim fikrimcə, Elza Seyidcahan dəyərləri bilən insandır. O ki qaldı saytların məsələsinə. Təəssüflər olsun ki, bəzi saytlar ədəbiyyatı bu cür şouvari məsələlərlə gündəmə gətirmək istəyirlər. Bəlkə də bunda da hardasa haqlıdırlar. Çünki təcrübəmiz göstərir ki, ciddi yazılar çox zaman diqqət cəlb etmir, oxucusu az olur. Ciddi yazıları oxumaq üçün bir az baza, intellekt lazımdır. Bu isə hər kəsdə yoxdur, təəssüf ki. Ona görə də bəzən düşünürəm ki, onlar da yəqin ədəbiyyatın itirilmiş nüfuzunu bu yollarla bərpa etməyə çalışırlar.
 
– Gənclər arasında ədəbi məktəb yarada biləcək qüvvədə imza görürsünüzmü?

– Mən ümumiyyətlə ədəbi məktəb məsələlərinə heç zaman ciddi baxmamışam. Çünki hərənin öz hissləri, öz üslubu var. Məsələn, Əli Kərimi, Ramiz Rövşəni hansı ədəbi məktəbə aid etmək olar? Gənclər arasında ədəbi məktəb yaratmaq məsələsi bir az qəliz məsələdi. Ancaq cavanlar arasında da özünü təsdiqə cəhd edənlər var, nəsə etməyə çalışanlar var. Bu cəhdlər gələcəkdə nə dərəcədə alınacaq, nə dərəcədə ciddi ədəbiyyata çevriləcək, bu, zamanın işidir.
 
– Hazırkı GƏM-in tərkibində diqqət çəkən imzalar varmı?

– Nəzmdə Ramil Əhməd, Elmin Nuri, Şəhriyar Del Geraninin adını çəkə bilərəm. Nəsrdə İkinci Mahmud, Cavid Zeynallının əsərləri diqqət çəkir. Gələcəkdə nələr olacağını isə zaman göstərəcək.
 
– Gənclərlə işləmək sizi yorurmu?


– Yormur, ancaq əvvəlki illərə nisbətən xeyli dərəcədə həvəsdən düşmüşəm. Güman edirəm ki, gənclərlə bağlı xeyli işlər görmüşəm. Ancaq bütün ömrüm boyu istedadlı insanları axtarıb, arayan, onlara dəstək verən biri kimi, bu missiyamı ömrümün sonuna qədər də davam etdirəcəm. Çünki mən bundan zövq alıram.
 
– Nə üçün əksər gənclər nəzmə meyl edir, şeirə daha çox maraq göstərirlər?

– Çünki şeir asandır, şeir bir anlıq zövqün, duyğunun, hissin məhsuludur. Ancaq nəsr çətindir, dramaturgiya ondan daha da çətindir. Bunları yazmaq daha uzun zaman, səbr və daha çox mütaliə tələb edir. Şeir isə bir anlıqdır və sosial şəbəkələrdə tez şöhrət gətirə biləcək vasitədir. Orxan Pamukun belə bir sözü var ki, yazıçılıq iynəylə quyu qazmaq kimi bir işdir. İynəylə quyu qazmaq isə bir anın, bir bir günün işi deyil, illərin zəhmətini, alın tərini tələb edir.
 /bizim.info/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.