Unudulmuş dahi - Afra Ben
12.06.15

Hazırladı, tərcümə etdi Günel EYVAZLI


Afra Ben


(İngilis yazıçı qadın)

“Məhəbbət sirlilik libasını üzərindən atdıqdan sonra əvvəlki həzzindən  məhrum olmuş olur”.         

Afra Ben.


Restovrasiya dövrü İngilis cəmiyyətində hərc-mərclik, qarışıqlıq dövrü idi. Əgər biz yaradılan ədəbi əsərlərə diqqət kəsilsək medalyonun yalnız bir üzünü görmüş olacayıq. Hər halda bu qarışıqlıqda belə parlaq simaları sezmək mümkündür. Əgər ardıcıllığa varsaq – Con Miltonun, Con Benyanın, Henri Perselin, Kristofer Renin adını çəkə bilərik. Amma bir ad da var. O ad ki, onu ədəbiyyat səhifələrindən tamamilə itirmək üçün ləkələmək istəyiblər. Yalnız XX əsrdə İngilis ədəbiyyatı Afra Beni yenidən kəşf etdi. Onun ulduzu yenidən parlamağa başladı.


Silahlanmış Amur

Öz şahlıq taxtında əyləşib, Amur,
Qanlı ürəklərə zərbələr edir.
Əzabı, qüssəni verib onlara,
Ağladır, öldürür, daim incidir.

Bəlkə də arzular qığılcımıdır,
Bəlkə də maraqçün səni zəbt edib.
Ruhumun həm istək, ehtirasından,
Bəşərə ən acı töhfələr verib.

Qurduğum divarlar yoxdur, dağılıb.
Qürurumu belə tapdayıb, əzib.
Dərdim yığılıbdır, oxqabındadır.
Mənliyim qalmayıb, özünün edib.

Yaradan, təpədən-dırnağa silah,
Bizə yalnız ümid, arzular qalıb.
İztirab mənimçün sevgi əvəzi,
Sənin məhəbbətin azadlıqdadır.

*Amur - Yunan mifologiyasında məhəbbət allahıdır.

Qadın-drammaturq adı daha çox XX əsrin insanı üçün xarakterikdir, 17-ci əsr üçün yox. O, İngiltərədə ilk pyesini yazan qadın deyildi. Ondan öncə də aristokrat zümrənin nümayəndələri arsında qadın yazarlar var idi. Ədəbiyyat belələri üçün sadəcə əyləncə və məşğuliyyət idi.  Həm də onlar  yazıçılıqla pul qazanmırdılar. Afrada isə əksinə idi. O pyeslərini yazaraq onlardan pul qazanmağı bacarırdı. Bəlkə də başqa bir istiqamət də seçə bilərdi. Məsələn, yetərincə yaraşıqlı və gözəl qadın çox zəngin aristokrat birisi ilə, hətta hökmdarın özü ilə ailə həyatı qurub zəngin ola bilərdi. O isə əksinə edir.
1913-cü ildə Afra Benin yaradıcılıq nümunələri Monteqyu Sammersom tərəfindən toplanılmağa başladı. Unudulmuş Afranın şöhrəti Virciniya Vulfun onun haqqında dediyi sözlərdən sonra daha da artdı. Vulf deyirdi: “bütün qadınlar Afraya minnətdar olmalıdırlar, çünki o, qadınların öz fikirlərini sərbəst şəkildə ifadə etməsinə nail olmuşdu”.
Afranın ilk tənqidçisi zamanının böyük şairi Aleksandr Poul idi. O, Afranın yaradıcılığını yüngülçəkili adlandırırdı. Doğrudur, yazar xanım onun tənqidlərinə bacardığı qədər müqavimət göstərə bilirdi.
1960-cı illərdə Afranın şöhrəti ən yüksək məqama çatmışdı. Ən çox da feminist baxışlı tənqidçi və ədəbiyyatşünaslar ona maraq göstərməyə başladılar. Əminliklə söyləmək olar ki, Afra Ben yazıçı əməyi ilə dolana bilən İngilis restovrasiya dövrünün ilk profissional yazıçı qadını idi.

Onun yaradıcılıq irsinə yeddi tom pyes, şeirlər, romanlar, hekayə və tərcümələr daxildir. Afranın dolaşıq, müammalı bir həyat tarixçəsi daima diqqəti öz üzərinə çəkməyi bacarırdı. Çox çətinliklə onun XVII əsrin qadını olmasına inanırsan.

Təqribi rəqəmlərə görə Afra 14 dekabr 1640-cı ildə bərbər ailəsində anadan olub. Deyilənə görə katolik tərbiyə ilə böyümüş qızcığaz, gələcəkdə rahibə olmaq fikrində idi.

Yaradıcılığında ən çox axtarışa səbəb olan romanı isə “Orunoko”dur. Bu roman Afra yaradıcılığının zirvəsidir. Deyilənə görə o, 1663-cü ildə Surinam çayının kənarında ingilis şəkər plantasıyasında olmuş, burada qaradərili qullarla ünsiyyət saxlayaraq onların çətin həyatı haqqında məlumat toplamışdı. Bu səbəbdən də qələmə aldığı “Orunoko və yaxud Hökmdar qulu” (Oroonoko, or the Royal Slave) romanı qul, zümrə, kollonlaşdırma məsələlərini özündə daşıyır.

1666-cı ildə Afra saray daxilində müəyyən statusa malik birisi kimi tanınmağa başladı. II Karlın gizli tapşırıqlarını yerinə yetirən qadın, ingilis-holland müharibəsi zamanı məktublaşmalarında saxta Astreya imzasından istifadə edirdi. Sonradan bu cəsus imzası onun ədəbi təxəllüsünə də çevrilir.

1667-ci ildə Londona dönən zaman şəhər elə də yaxşı vəziyyətdə deyildi. Vəba və yanğınlar Londonu bərbad vəziyyətə salmışdı. Üstəgəl Karlın ondan istifadə edərək məvacibini daima gecikdirməsi borclarının artmasına səbəb olurdu ki,  nəticədə Afra həbsə salındı.

1669-cu ildə gizli sima onun borclarını ödədi və yazıçı azadlığa buraxıldı. Yalnız bundan sonra o, proffisional yaradıcılıq fəaliyyətinə başlamağı qarşısına məqsəd kimi qoydu. London yaradıcı mühiti ilə əlaqələri olan Afra tezliklə məhəbbət povestləri, teatral pyesləri, roman və şeirləri ilə şöhrət qazandı. Daha çox satirik novellaları ilə populyarlıq tapdı.

Xanım yazar holland əsilli İoxana Ben adlı birisi ilə ailə həyatı qurur. Deyilənə görə bu nikah saxta idi. Daha çox cəmiyyətdə qadın kimi mövqeyinin möhkəmlənməsi məqsədilə qurulmuşdu. Bu səbəbdən də nikahı tezliklə pozulur.

Onun ilk pyesi “Məcburi kəbin və yaxud qısqanc nişanlı” traqikomediyası idi. 1670-ci ildə Hersoqun iştirakı ilə mövsümün ilk açılışı bu pyeslə olmuşdu. Beş aydan sonra növbəti, “Sevgidolu şəhzadə” pyesi səhnəyə qoyulur. Sonuncu “Holland məşuqu” pyesindən sonra fiaskoya uğrayaraq üç il müddətinə teatr həyatından uzaqlaşır. 1676-cı ildə yenidən teatra qayıdaraq öz qızıl dövrünü yaşamağa başlayır.
Onun hekayə janrına nə zaman müraciət etməsi haqqında nə isə demək çətindir. Ölümöncəsi yazdığı “Hökmdar Bantamanın memuarları” nümunəsi ilk hekayələrindən sayıla bilər. Həyatda olduğu müddətdə “Gözəl yalançı” və “Rahibənin tarixçəsi” povestləri, “Xoşbəxt səhv” novellası, “Orunoko” romanı işıq üzü görmüşdü.

“Yumurubaşlar” və “Şəhər varisi” əsərlərində Afra özünü parlaq yazıçı kimi göstərə bilir. Hətta dramaturq kimi də çıxış edir. O, konservativ idi. İnqilabı qəbul etmirdi. Hökmdar onun üçün ədalətin özü idi. Afranın dramaturgiyası və satirası dövrün yazar qadınları üçün yenilik idi, əslində. Ondan öncə buna cəhd edənlər sadəcə yazırdılar. Afra isə kişi yazarlar ilə tən ola biləcək səviyyədə yazdı.

Yazıçı Morin Daffi Afranın “Məhəbbət məktublaşması”nı “Avessalam və Axitopel” adlandırırdı. (“Avessalam və Axitopel” Draydenin satirik poemasıdır). Bəlkə də bu doğru adlandırmadır. Roman həqiqətən də real hadisələr üzərində qurulmuş siyasi faktları aşkarlayır. Afranın ən böyük istəyi bəlkə də atasına qarşı olan nikahdankənar oğlu II Karlın münasibətini abartmaqdan ibarət idi. Hər halda romanda bu xətti ana xətt kimi qələmə vermək doğru olmazdı. Romanda əsasən iki qəhrəmanın həyat hekayəsi və məktublaşması diqqət çəkir. Onlar Silviya (onun proobrazı - Henrietta) və Filanderdir (onun proobrazı – lord Qreydir). Onların bir-birinə ünvanladıqları məktubları birnəfəsə oxumaq mümkündür. Romanda məsələnin digər tərəfi də diqqət çəkir. O dövrün avropa qadınına xas olmayan cəsarət və hisslərini aşkarcasına izhar etmək romanın bu məqamı üzərinə işıq salmış olur. Bu, avropada epistolyar üslubda yazılmış ilk romandır.

XVII əsrin 80-cı illərində İngiltərədə papa ittifaqının gəldiyi qənaətə görə II Karlın qardaşı İakovanı taxtından məhrum olmalı idi. Əslində bu taxtın katoliklərə mənsubluğu bildirilirdi. Afra Ben bu hadisələri dərd kimi qəbul etdi. O özü katolik idimi? Bunu söyləmək çətindir. Antikotalik hiss duyulmurdu. Katolik lord Staffordun hərəkətlərini cəsarətli hərəkət kimi qələmə verirdi. Bəlkədə onun inamı belə bu anda haçalanmışdı. Tita Lukretsiyadan Karanın “Əşyaların təbiəti” poemasının tərcüməsinin ön sözünə “Zəif inamın avam açılışı” cümləsini əlavə etmişdi. O əslində dindar biri kimi də görünmürdü. Birdən –birə nəyin baş verməsi nəticəsində inamının istiqamətinin dəyişməsi bizlər üçün müammalıdır.
Ömrünün sonuna qədər Afra əvvəlki inanc və dininə dönmədi. Onun tərcümə qələmindən çıxmış ateistik əsərlər Fontenelin “Dünyaların söhbəti” (Sovetlər dönəmində “Ateistin kitabxanası” kitabı rus dilində dər olunmuşdu), “Orakulların tarixi”, Laroşfukonun “Maksimalar”ı da buna misal ola bilər. Ən çox da həmin kitabların ön sözünə yazılmış fikirlər daha çox diqqət çəkir. O acı hissi ilə Bibliyanın konfliktlərin, dini müharibələrin qaynaqverici qüvvəsi olmasını qeyd edir. “Müqəddəs kitabların vəzifəsi Yaradanın qanunlarını öyrətməkdir. Riyazi, xronologiya və yaxud astronomiya qanunlarını deyil”.   
Elmə olan dəstək naminə yazılmış “Ay imperatoru” onun gözəl pyeslərindən biridir. Pyesin qəhrəmanları Ayda həyatın olmasına inanırlar. Səhnənin sonunda Kepler və Qaliley peyda olur. Bu tamaşa 19-cu əsrin əvvəllərinə qədər öz populyarlığını saxlaya bilmişdi.  “Xoşbəxt an” pyesi isə onun ən uğurlu komediyasıdır. “Dul Ranter” traqikomediyası, “Kiçik qardaş” komediyası ölümündən sonra səhnələşdirilmişdi.
Afra Ben öz əsrini sona qədər yaşaya bilmir. Vilhelm və Mariyanın tacqoyma mərasimindən beş gün sonra həyatını dəyişir. Onun dediyi kimi “Şöhrətli inqilab”ı görməmiş olur. O, Mariyanın İngiltərəyə gəlişi haqqında oda yazmışdı. Bu onun karyerasının sonu idi. Yepiskop Bernetə ünvanlanmış şeirdə Afra deyirdi: “Mən rədd edilmiş peyğəmbər kimi dayanmışam”. O, zaman qatarının artıq keçdiyini söyləyirdi.


O artıq çoxdan xəstə yatağında idi. 1689-cu ilin 16 aprelində həyatla vidalaşan Afra Ben Vestminsterski abbatlığında dəfn olunur.
Afranın başqa dünyanın, cəhənnəm və cənnətin varlığına inamı yox idi. Ölüm onun üçün daha çox əbədi gecə idi.

Onun məzarı üstündə yazılmış epitafiyanı - “Burada,  dərrakənin ölüm qarşısında qoruyucu qüvvə olmamasının sübutu yatır” - indi də oxumaq mümkündür.

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.