Qalib Cəlil - Kafka öldü, Nitsşe öldü...
09.06.15
Avanqard.net gənc yazar Qalib Cəlilin "Qatil" şeirini təqdim edir.
Yatağımda qatil izləri qan seli gedir. Qatilin öldürdüyü dahi mələyi Bəlkə o, Kafkadı, Bəlkə də, Nitsşe. Mən bilmirəm kimdi o, daxilimdəki şeytandı. sərbəstlik qatilin şeytanındadı. qatil pəncərədən daxil olur, otaqda yalnız qalan bədbəxt qadın və ya kişi əlindəki bıçağı əvvəlcə silir, sonra da yavaşca qarnına 14 bıçaq xəsarəti yetirir. Qan seli gedir. qatilin öldürdüyü o dahi mələk içimdəki insan sevgisini o öldürdü axı. Sən qatilsən qatil. Ürəyimdə yara basan o qatil damarında şəhid qanı axan o qatil. Kafka öldü, Nitsşe öldü... ölən axırda Mənəm... o qatili öldürəndə elə mən özüməm...
|