Matey Vişnek - Sən Tanrısan, qandın?
04.06.15

Avanqard.net Həmid Priyievin tərcüməsində rumın yazarı, jurnalisti və dramaturqu Matey Vişnekin pyesini təqdim edir.


İştirak edirlər:
Vibko
Stanko

Stanko on yeddi yaşında yeniyetmədir. Vibko ondan bir az böyükdür.Onlar vətəndaş müharibəsi gedən şəhərdə, hansısa daldanacaqda oturublar.

Vibko: Sənə soyuqdur?
Stanko: Yox.
Vibko: Başdan-ayağa qırmızı ləklğələrlə dolusan. Donmusan?
Stanko: Yox.
Vibko: Şineldən-zaddan nəsə qalın bir şeyin var geyinməyə?
Stanko: Var.
Vibko: İndi mənə qulaq as. Şinel müqəddəs şeydir. Lap hava isti olsa da, şinelin olmağı lazımdır. Şinel həmişə yaxşıdır. Sən özün hardansan?
Stanko: Krikovdan.
Vibko: Krikov haradır?
Stanko: De, budu-burda, iki addımlıqda...
Vibko: Yaxşı. Deməli belə. Birinci məsələ odur ki, sən yaxşıca hazırlaşasan. Əynini qalın eləyəsən. Bu daldanacaqlarda gizlənmək az şey deyil ki. Bir saat da otura bilərsən, bir gün də, iki gün də... Buna görə hazır olmalısan. Əgər hazır olmasan pis olacaq. Qandın?
Stanko: Aha.
Vibko: Bir də özünü Rembo kimi aparma, kinoda deyilsən. İş görmək üçün hazırlıqlı olmalısan. Al, əlcəyi götür.
Stanko: Mənə soyuq deyil.
Vibko: Əlcəyi geyin dedim. Barmaqlarını qoru. Barmaqlar lazımlı şeydir. Əlini don vursa, apar tulla.
Stanko: Yaxşı, sağ ol.
Vibko: İkincisi. Özünü yaxşı apar. Əgər özünü yaxşı aparmasan, apar tulla. Özünü pis aparmayacaqsan ki?
Stanko: Yox.
Vibko: Əllərini qabağa uzat. İkisini də. (Əllərinə baxır) Titrəyir.
Stanko: Keçər, elə-belə şeydir.
Vibko: Əllərin tərlidir. Əsas özünü yaxşı apar. Al, çək, sakitləşdirir.
Stanko: Mən çəkən deyiləm.
Vibko: (Fit çalır) Fyü-yüü. Neçə yaşın var?
Stanko: On yeddi.
Vibko: Sən heç məktəbdə çəkməmisən?
Stanko: Dadına baxmışam... Öldürdü məni.
Vobko: Hə, belə. Bəs pivə?
Stanko: Pivə pis olmaz.

Vibko iki şüşə götürür. İçirlər.

Vibko: Rahatlaşdın?
Stanko: Hə.
Vibko: Bu gün nəsə yemisən?
Stanko: Yox. Səhərlər yeyə bilmirəm.
Vibko: Belə yaramaz.
Stanko: Səhərlər ancaq kofe içirəm.
Vibko: Qulaq as, səhər bura gələndə gərək tox gələsən. İş görmək üçün əvvəlcə tıxmaq lazımdır. Eşidirsən? Sənə yemək verən kimsə var?
Stanko: Var.
Vibko: Qoy səni yaxşı yedizdirsinlər. Başa düşdün? İndi bizdə səfərbərlikdir. Səfərbərlikdə isə acqarına gəlmək olmaz...
Stanko: Mən öyrəşmişəm...
Vibko: Bu yaxşı şey deyil. Sənin birinci vəzifən – səhər yeməyi yeməkdir. Sağlam səhər yeməyi – birinci işdir. İndi səhər yeməyi sənin üçün ən vacib şeydir. Qandın?
Stanko: Qandım.
Vibko: Bu əmrdir. Səhər isti yemək. Çörək, yumurta. Bir də süd. Onsuz olmaz.
Stanko: Süd içə bilmirəm... Ürəyim götürmür.
Vibko: (ona salyami uzadır) Al, götür... doldur qarnını.
Stanko: Sağ ol. (Yeyir) Dadlıdır.
Vibko: Sənin həmişə ehtiyatın olmalıdır. Salyami, peçenye, çörək... Biz ovçu kimi bir şeyik, gözləməyi bacarmalıyıq... Hə, özünə gəldin?
Stanko: Gəldim.
Vibko: Əllərini göstər. Əh, onsuz da titrəyir. Nə üçün titrəyir?
Stanko: Hardan bilim?
Vibko: Yoxsa birinci dəfədir bu işdəsən?
Stanko: Yox əşi...
Vibko: Belə. Hazırlaş!

Stanko optik nişangahlı silahı çexoldan çıxartıb atəşə hazır dayanır.

Vibko: Ehtiyatlı ol. Bir də tələsmə. Bizi heç kim tələsdirmir. Qandın? Sən Tanrısan. Qandın? Tanrı heç vaxt tələsmir. Əvvəlcə buz kimi soyuq və sakit olduğunu hiss elə, sonra atəş aç. Bir də ürəyin normal döyünürsə. Ən əvvəl ürəyinə qulaq as. Normal döyünür, yoxsa yox?
Stanko: Normaldır.
Vibko: Haçansa nəsə çalmaq öyrənmisən?
Stanko: hə. Bir ara skripka çalmışam.
Vibko: Əntiqə! Onda bu silah skripkadır. Başa düşdün? Skripaç üçün skripka bədəninin bir üzvü kimidir. Skripka çalanda musiqi sənin bədənindən süzülür. Elə etmək lazımdır ki, güllə də sənin bədənindən çıxsın. Amma silahla burcudsan, onda apar tulla.
Stanko: Mən burcudmuram.
Vibko: Haçansa atəş açmısan?
Stanko: Hə.
Vibko: Yəni doğruçu silahdan atmısan?
Stanko: Atmışam.
Vibko: Bəs adama atmısan? Kimisə gəbərdmisən?
Stanko: Göyərçin öldürmüşəm.
Vibko: Yaxşı. İndisə bu əclaflara atacaqsan. Belə çıxır ki, bu gün sən birinci dəfə əclaf gəbərdəcəksən.
Stanko: Aha.
Vibko: Nişangaha bax. Öz-özünə de ki, bu gün xaça salınma günüdür – atəşlə xaça salma. Səni nə qədər tez xaça çəksək, o qədər yaxşıdır. Nə görürsən?
Stanko: Nə görürəm? Küçə...
Vibko: Eyvanlı evi görürsən?
Stanko: Görürəm.
Vibko: Yanacaqdoldurma məntəqəsini?
Stanko: Görürəm.
Vibko: Yaxşı. Yerini dəyişmə. Orda birinci kimi görsən, sənindir.
Stanko: İki nəfər qoca nənə gedir. Deyəsən bazardan gəlirlər.
Vibko: Əntiqədir ki. Birini seç.
Stanko: Yox-yox. Mən qoca arvada ata bilmərəm. Nənədən başlamaq istəmirəm.
Vibko: Qısası, bu siçovullara başa salmalıyıq ki, deşiklərindən çıxmasınlar... onlar siçovul olduqlarını və başqa çıxış yollarının olmadığını bilməlidirlər. Atəş açanda ancaq bunu fikirləş. Özünə de ki, doğrudan da siçovul öldürürsən. Başa düşdün nə deyirəm?
Stanko: Başa düşdüm.
Vibko: Belə başa düşürəm ki, hələ əsgər olmamısan.
Stanko: Yox hələ.
Vibko: Axtar, axtar. Nişangahın dalında mal kimi oturub gözləmə. Heç kim gəlib səni tapmayacaq. Özün axtar. Həmişə axtar... Küçəyə bax, bloka bax, pəncərəyə bax. Pəncərədə dayan. Pəncərə görürsən?
Stanko: Görürəm.
Vibko: Pəncərə vacib şeydir. Fikirləş ki, bu pəncərənin dalında çoxlu siçovul var. Hamısı tərpənir. Hamısı sənindir.
Stanko: Bir dənə də nənə görürəm. Eyvanda paltar sərir.
Vibko: Kül sənin başına. Ancaq nənələri görürsən. Necə olsa gün batanacan bir dənə siçovul vurmalısan. Əgər bu gün nənələrin günüdürsə, onda nənə seçməli olacaqsan. Hərdən belə də olur.
Stanko: Bir də qız görürəm. Kuklayla oynayır.
Vibko: Harda?
Stanko: Eyvanda.
Vibko: Demişdim də, hər yerdə doludurlar. Qulaq as, siçovullara yazığın gəlməsin. Yoxsa gəlib səni gəmirərlər.
Stanko: Yox, mən uşağı öldürə bilmərəm. Nə danışırsan?
Vibko: Bax da, özün bil. Qərar sənindir. Amma iş görülməlidir. Gün batanacan bircə dənə də olsa ölü siçovulumuz olmalıdır. Onları nəfəs almağa da qoymamalıyıq.
Stanko: Onda qızdansa yaxşısı nənəni vurum.
Vibko: Çox fikirləşirsən, ay uşaq. Əlbəttə, özün bilərsən... Amma mən həmişə özümdən soruşuram: Tnrı fikirləşir? Mənə belə gəlir ki, Tanrı fikirləşmir... Tanrı iş görür, nöqtə. (Pauza) O hələ də oynayır?
Stanko: Oynayır.
Vibko: Keçən həftə mən başqa sektorda idim. Orda, təpənin başında, Tito bulvarı başlanan yerdə. Bir həyəti nişana almışdım. Elə sənin kimi ancaq nənələri görürdüm. Girirdilər, çıxırdılar. Bir də gördüm yeddi-səkkiz yaşlarında qız ip üstündən tullanır. Bütün günü ip üstündən tullandı. Bir-iki saat sonra əsəblərimə toxunmağa başladı. Məncə bilə-bilə edir, dedim, mənimlə oynayır. Xəbərdarlıq üçün bir güllə atdım, iki-üç metr aralı. Axmaq qız qışqırıb evə qaçdı. On dəqiqə sonra isə təzədən qayıdıb oynamağa başladı – uşaqlar hər şeyi unudur. Bir saat da ona baxdım. Hirslənib bir güllə də atdım. Bu dəfə lap yaxın, az qala əlindəki ipə dəymişdi. Bu dəfə də qışqırıb evə qaçdı. On dəqiqə sonra yenə başını qapıdan çıxartdı – sağa baxdı, sola baxdı, həyətə düşdü. Pəncələrinin üstündə gəlirdi, elə bil kimisə oyatmaqdan qorxurdu. Yenə hər şey təzədən başladı... Bütün günü... Az qalmışdı gic olum. Altı dənə gülləm qalmışdı, amma birini də göndərdim ki, qız izal olsun. İzal oldu, amma yenə on dəqiqəlik.
Stanko: Bəs sonra?

Pauza.

Vibko: Siçovul elə siçovuldur.
Stanko: (nişangaha baxır) Hə, bu da bir eksponat.
Vibko: Harda?
Stanko: Yanacaqdoldurma məntəqəsində. Görürsən?
Vibko: Yox.
Stanko: Neyləyim?
Vibko: O orda neyləyir? Qaçır, gizlənir?
Stanko: Yox, gəzir özüyçün.
Vibko: Onda o sənindir. Onu nişana al, bir az onunla gəz. Onu hiss edəndə at...
Stanko: Maraqlıdır.
Vibko: Nə?
Stanko: Maraqlıdır ki, o heç yerə tələsmir.
Vibko: Ay səni. Sənə qalıb? Bu nəyinə lazımdır? Tələsmirsə onunçün pisdir. Yaxşı nişan alarsan.
Stanko: Məncə o içib.
Vibko: Yaşlıdır?
Stanko: Çox da yox. Çağırışçı yaşında olar.
Vibko: Əla. Bu sənin siçovulundur. Dayanma, vur.
Stanko: Qoy yolu keçsin.
Vibko: Ehtiyatlı ol, qaçar birdən.
Stanko: Qorxma, gözüm üstündədir... Eksponata bax ee. Heç yerə tələsmir.
Vibko: Əgər küçəni keçirsə, demək süd almağa gedir.
Stanko: Süd dükanı hardadır?
Vibko: Yanacaqdoldurma məntəqəsinin yanında, solda. Burdan görünmür.
Stanko: Onda qoy əvvəlcə alsın, sonra vurum.

Vibko pivə şüşəsini götürür.

Vibko: İçirsən?
Stanko: Ver.

Içirlər.

Vibko: Səninki neyləyir orda? Süd aldı?
Stanko: İçni çıxacaq. Pulun qalığını alır. Üç şüşə süd alıb.
Vibko: İndi də tələsmir?
Stanko: Yox.
Vibko: Cəhənnəmə ki. At. O bilə-bilə edir. Səni ələ salır. Hə, dayanma. Vur.

Stanko atır.

Vibko: Dəydi?
Stanko: Bilmirəm... yıxıldı... ay dad, onun şüşəsini sındırdım, süd dağıldı...
Vibko: Bir dənə də at. Sən ancaq iki güllə ata bilərsən.
Stanko: Bacarmıram... süd görəndə ürəyim bulanır...

Yenililklər
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
19.10.23
Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
16.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
05.10.23
Mədəniyyət Nazirliyinin dəstəyi ilə XVIII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək
05.10.23
Paulo Koelyonun “Əlkimyagər” romanı əsasında film çəkiləcək
05.10.23
Ədəbiyyat üzrə Nobel mükafatı Norveç yazıçısı Yun Fosseyə verilib
29.09.23
Günay Əfəndiyeva Qırğız Respublikası Prezidentinin müşaviri Arslan Koiçiyev ilə görüşüb
29.09.23
Bakıda “Türkiyə-Azərbaycan Qardaşlığı: Anadoludan əsintilər” adlı sərgi açılacaq
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.