Yazıçı Afaq Məsud Rusiyanın nüfuzlu akademiyasına üzv seçilib
03.06.15
Yazıçı Afaq Məsud Rusiyanın nüfuzlu akademiyasına üzv seçilib.
Əməkdar İncəsənət xadimi, yazıçı Afaq Məsud Rusiya-Azərbaycan ədəbi əlaqələrinin möhkəmlənməsi, ədəbiyyatların qarşılıqlı təbliği və tanıdılması istiqamətində göstərdiyi xidmətlərə görə Rusiyanın nüfuzlu akademiyası – PESA-nın («Petrovskaya akademiya nauk i iskusstva») akademiki seçilmişdir.
PESA öz sıralarında elm, mədəniyyət və ədəbiyyat sahəsində böyük nailiyyətlər qazanmış bir çox ictimai və dövlət xadimlərini birləşdirir. Bunlardan N.Qumilyov, V.Rasputin, V.Belov, T.Doronina və bir çox başqalarını misal çəkmək olar.
Qeyd edək ki, yazıçı Afaq Məsud Pyotr Akademiyasının üzvü seçilmiş ilk azərbaycanlıdır.
|