AYB-də dil kursları fəaliyyət göstərəcək
03.06.15
Azərbaycan Yazıçılar Birliyinin nəzdində dil kursları fəaliyyətə başlayacaq.
Bu barədə birliyin katibi Sayman Aruz məlumat verib.
O, əski əlifba, əruz və fars dillərində dərslərin keçiriləcəyini deyib: “AYB-nin birinci katibi Fikrət Qocanın təklifi ilə dil kursları açmaq qərarına gəldik.
İlkin olaraq əski əlifba, əruz və fars dili kursları nəzərdə tutulur.
Kurslarda iştirak etmək istəyənlər AYB-nin Güney Şöbəsinə müraciət edə bilərlər.
|