Zakir Fəxri - Sözdən işıqlanan adam
03.06.15

Avanqard.net Zakir Fəxrinin Adil Əvəzoğlu haqqında dost yazısını təqdim edir.

Hamıdan Uca Allahın adıyla!
“Birinci Söz vardı. Sözü Allahla qoşaydı. Sözü Allah, Allahı söz yaratdı”.
                                                                                                            İncil


Rəbbimiz aləmləri “OL!” sözüylə yaratdı. “OL!” sözüylə yaranan aləmlərin sahibi də Sözdü. Sözdən uzaq düşmək Allahdan uzaq düşməkdi. Sözdən uzaq düşüb dünyadan iki əlli yapışan insanlardı dünyanı maddiləşdirən. Dünya özü-özünə maddiləşmir ki?..
Söz – insanlar arasında ünsiyyət körpüsüdü. Dünyaya sülhü də, barışı da, sevgini də, ədaləti də Söz gətirib.

Tez-tez eşidirik,  - “Söz dəyərdən düşüb, söz eşidilmir”...
Sözü sevməyən kəslər Allahı, Allahı sevməyənlər Sözü necə sevə bilər?
Deyim var: “Söz eşitsəydin bu günlərə düşməzdin...” - “Sözümü ucuz tutma”...
Şah İsmayıl Xətai deyirdi:, -

Gövhərin keçməyən yerdə
Satma qardaş, kərəm eylə.
Ləl daşını çay daşına
Qatma qardaş, kərəm eylə.

Gördüm bir yerdə aşina
Hər nə desən özbaşına
Yol daşını yol quşuna
Atma qardaş, kərəm eylə.


***

“Yanar çırağı gizlətmzlər, əksinə hər şeydən ucaya sancarlar ki, evin dörd bir yanına işıq salsın... qoy sizin də işığınız bütün insanlara nur saçsın, qoy onlar sizin xeyirxah əməllərinizdən məmnun olub səma Atanızı vəsf etsinlər...!
                                                                              İsa Məsih


Necə də dəqiq, necə də gözəl deyimdi. Xeyirxah əməllərlə rastlaşanda, adam istər-istəməz Allaha şükür edir, dua edir, inamı artır, ruhu rahatlanır.
Başıma gələn dözülməz faciədə düşdüyüm bədbin düşüncələrin qaranlıq quyusundan məni dartıb çıxaran dostların, ələxüsus Cavdid Qənbəroğlunun xeyirxah əməllərinin işığı olmadımı? Ən yaxın doğmalarım belə külli halda o günlər Cavidi əvəz edə bilməzdi və bilmədi də...
O çətin günlərimdə yanımda olanların biri də sən oldun Əvəzoğlu. Yazımı əbəs yerə İncil kəlamları ilə başlamadım. Sənin kimi Sözə sevgisi, sayğısı olan çox az adam qalıb məmləkətdə.
Heç fərqinə varmadan - gecə saat bir olsun, iki olsun - harda olmağımı soruşmadan; (evdəyəm, çöldəyəm?) – “Şair mənə “Vətən” şeirini de...”

Kəpəzə bənzədi qarşımdakı dağ,
Ürəyimin başı göynədi, Vətən.
Qürbətdə gəzdiyim hər qarış torpaq,
Ayağım altında iynədi, Vətən.

Bir durna qatarı keçdi gözümdən,
Gözlərim yolara dikili qaldı.
Qatar uzaqlaşdı, köçdü gözümdən
Yolar açılmadı, bükülü qaldı...

Dümağ cığırlarda itirlər ki,
Qoynuna apara o yollar məni.
O, vətənə bağlı xatirələr ki,
İti xəncər olub soyarlar məni.

Yadıma düşəndə az qalır yanam,
Dağlarda al, yaşıl çarpayım qalıb.
Dünyadan çox erkən köçübdür anam,
Bilməyib, döşündə süd payım qalıb...

Ay ana, səninçün ulduzdum, aydım,
Daşlaşmış məzardan hay ver hayıma
Yenidən qayıdıb sahib olaydım,
Beşikdə buğlanan layla payıma...


Heç nə yox, məndən istəyin həmişə sözdü, şeirdi ancaq, gör ki, Allaha nə qədər yaxınsan...

***
Kimlər gəldi, kimlər keçdi bu dünyadan... Kimsə özüylə nəsə apara bildimi? Kamil insan maddiyyata, var dövlətə qürrələnməz. Böyük sufi Qəzalinin ilahi kəlamlarıdır: Sənin olan yalnız gəmi qəzaya uğrayanda itirə bilməyəcəyindir”.

Murovun zirvəsindəki şiş qaya elə bil ki, bir telli sazıydı, göylərdən uzanan gözəgörünməz bir əl sazı salırdı və lal-dinməz dağlar  yanıqlı bir səsələ oxuyurdu. Dağlardan qopan səs bir növ Dədə Şəmşirin sinə dağlayan nisgilli səsinə bəznzəyirdi: -

Tikdiyin qalanın özülü uçdu,
Daşı daş üstünə qalandı, Xalıq.
Bilirdin dünyanın axırı puçdu,
Bilirdin ki, dünya yalandı, Xalıq.

Dəyərlər əridi, bir-bir aşındı
Var-dövlət də torba-torba daşındı.
Daşınanlar öz torpağın, daşındı,
Baxanda gözlərin sulandı, Xalıq.

Yüz yol sinənə vur, yaxanı yırt da,
Öz içindən yeyeər meyvəni qurd da
Gör nələr yaşandı qurduğun yurdda
Sağdan da, soldan da, talandı, Xalıq.

Qocalıq yetişdi, nəfəs təntidi,
Dövran ömür biçən bir kərəntidi.
Xoş gün, xoş güzəran bir görüntüdü,
Düz yolun son ucu dalandı, Xaliq.

Zakir Fəxr, var üstündə yarışdı,
Nəfslər milçək tək bala daraşdı...
Halal, haram bir qazanda qarışdı
Dup-duru sular da bulandı, Xaliq...

Dup-duru suların bulandırıldığı indiki zəmanədə sənin kimi işıqlı, suyu saf adamların varlığı dünyanın hələ sonu yetmədiyinə bir işarədi. Bir kibrit qutusunu belə etibar etməyə adam tapılmayan bir zəmanədə sənə hər şeyi, ən gizli sirrləri belə etibar edərdim Adil Əvəzoğlu! Çox dəyərli, çox sədaqətli adamsan, sənin kimi dostu olan çölün düzündə qalmaz. Ata-anaın, Əvəz kişinin, Balış ananın sənin kimi övladdan qiymətli nəyi ola bilər ki? Qiymətsiz olanlara Allah şəhid payı verməz... Şəhid qardaşın Şahlardan böyük pay nə ola bilər ki? Bu torpaq, bu vətən şəhidlərindi qardaş. Onların ruhları bu torpağın, bu vətənin əbədi keşikçiləridi.

De, hara getdin baş alıb,
Yerin, yurdun bilinmədi...
Gördüm ki, dünya boşalıb,
Nəydi dərdin, bilinmədi...

Üzümü tutdum dağlara,
Gördüm ki, dağlar kiçilib...
Quşlar qonmur budaqlara,
Uzun budaqlar kiçilib...

Göz açdım ki, təklənmişəm,
Səhrada azan kimiyəm.
Qəriblikdə yüklənmişəm,
Bir qərib ozan kimiyəm.

Gördüm dörd yanı su basıb,
Ha əlləşdim, keçəmmədim...
Bir az suzudum mən kasıb
Bir qurtum su içəmmədim.

Ağaclar quruyur, gördüm
Çiynimə yarpaq tökülür...
Gözlərimin nuru gedir.
Gözümə torpaq tökülür...

Hara getdin, söylə, hara?
Krüəklərim buz bağladı...
Gözlərimin suyu getdi
Bəbəkərim duz bağladı...

Həlim bi yazı yazmaq istəsəm də, yaza bilmdim qardaş, qınama məni. Yadıma Kəlbəcər düşdü, yadıma dağlar düşdü, Şahlar düşdü yadıma. Cavidin Qusarda dağların qənşərində durub yazdığı o nisgilli şeir düşdü yadıma...

Zirvəsi var, qarı da var,
Dağlar bizim dağlar deyil.
Yurd düşənin barı da var
Dağlar bizim dağlar deyil.

Bu dağların dili başqa,
Çəmən, çiçək gülü başqa
Bu dağların eli başqa
Dağlar bizim dağlar deyil.

Biz yolçuyuq, ömür yoldu
Cavanlığım orda qaldı.
Gec anladım, gözüm doldu
Dağlar bizim dağlar deyil.

Ömür ötür pərdə-pərdə
Həsrət məni saldı dərdə
Dağlar qaldı Kəlbəcərdə...
Dağlar bizim dağlar deyil.


Nə qədər duman da bürüsə, Kəlbəcərə gedən yolların dumanı çəkilən bir gün gələcək, buna əminəm. Nə qədər ki, o duman çəkilməyib nə ruhumuz güləcək, nə də üzümüz... Gülsək də gülüşümüzün içində iki damla göz yaşı yuva salacaq, bu yuvanın içində də 50 yaşın.

O ağlayan kimdi elə
Ağlaya-ağlaya gülür...
Sinəsini qan aparır
Yarasının düyməsini
Bağlaya-bağlaya gülür....


Hamıdan Uca Allah himayədarın və köməyin olsun! İnnən belə çəkəcəyin yükləri çəkməyə güc versin...

Yenililklər
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.