“Ulduz” jurnalının yeni nömrəsi çapdan çıxıb
02.06.15
“Ulduz” jurnalının may nömrəsi çapdan çıxıb.
Jurnalın bu nömrəsi şair Elxan Zalın “May tezisləri” adlı ekspert yazısı ilə açılır. Nəşrin “Şeir vaxtı”, “Debüt”, “Hücrə”, “Tərcümə saatı” rubrikaları bir-birindən maraqlı yazıları ilə oxucuların görüşünə gəlib. Məti Osmanoğlunun “Vaqif Bəhmənli ilə görüşdən antireportaj”ı, filologiya elmləri doktoru, professor Buludxan Xəlilovun “Bəxtiyar Vahabzadənin pedaqoji görüşləri: müəllim həssaslığı, gənclərə qayğı” məqaləsi də oxucular üçün maraqlı olacaq.
Nəşrin bu nömrəsində Firuz Mustafanın “Marian çökəkliyi” pyesi, Zərifə Əliqızının, Kamran Nəzirlinin, Şəhriyyə Qəzənfərqızının hekayələri, iranlı mühacirlər ədəbi birliyi üzvlərinin şeirləri də yer alıb.
“Ulduz”un ənənəvi “Dərgidə kitab” layihəsinin budəfəki qonağı isə Mübariz Örəndir.
Jurnalın abunəçiləri və alıcıları Novruz Nəcəfoğlunun “Bir mən oyaqdım” hekayələr kitabını və Elçin İsgəndərzadənin 50 yaşı münasibətilə buraxılmış şeirlərindən ibarət CD diskini hədiyyə kimi əldə edə bilərlər.
|