Türkan Mehraliyeva - Gözlədiyim qadın
01.06.15

II HİSSƏ

Uzun müddət o qadını görmədim. Gözlərim onu axtarmaqdan yorulmuşdu, artıq əvvəlki qədər istəyim qalmamışdı. Hərdən fikirləşirdim bu qadını niyə bu qədər çox görmək istəyirəm? Mənə aid onda nə qalmışdı? Bu qədər yaxın olmaq istəyi nəyə görəydi!? Bu suallar içində günlərim, həftələrim, aylarım keçdi.  Mən artıq o qadını axtarmır fikrimdən çıxartmaq üzrəydim. Amma həyat yenə öz bildiyini edir, gözləmədiyimiz hadisələrlə qarşılaşdırır.

     Dərsdən çıxıb yaxınlıqdakı parkdan keçərkən o qadını yanında iki¬-üç yaşlarında bir qız uşağı ilə quşlara yem verdiyini gördüm. Əvvəlcə o qadın olduğuna inanmadım, bu qədər vaxtdan sonra onunla yenidən qarşılaşmışdım. Yaxınlaşdıqca içimdə sevinc, həyacan və tərəddüd bir birinə qarışmışdı. O qadına sarı getdikcə o olduğuna daha da əmin oldum. Bu dəfə bütün suallarıma cavab tapmaq, bu istəyin yaxınlığın son olmasını istəyirdim.

     Nəhayət , mən qadının yanına yaxınlaşdım, üzünə baxmağa cəsarət etmirdim. Gözüm o körpədə qalmışdı necədə o qadına bənzəyirdi fikirləşdim ki, nəvəsi olar parka gəzməyə çıxardıb. Quşlara baxırmış kimi qadının yanında durub onunla söhbətə başlamaq istəyirdim amma heç cür başlaya bilmirdim, nə deyib başlayacaqdım onu da bilmirdim.

     Heç gözləmədiyim halda qulağım o qadının səsini eşitdi. Sanki doğma birinin səsini eşidirmiş kimi.
-Salam. Necesen qızım?
-Salam. Yaxşıyam çox sağ olun.
-Sən tanımadın deyəsən məni amma mən səni tanıdım. Parkda görürdüm bir ara səni yaxınlıqdakı həkimə gəlirdin.

     Özümdən asılı olmadan qadını qucaqlayıb bağrıma basmaq istədim. Mən sizi heç unutmadım bu anı gözləyirdim demək istədim amma heç birini demedim.  Üzünə diqqətlə baxdım üzündəki o kədəri sevinc alsa da kədərin izləri hiss olunurdu. Sanki illərdi tanıdığım bu qadın məni ovsunlayır, özünə bağlayırdı.
-Xatırladım, sizi həmişə görürdüm amma heç vaxt danışmaq tanış olmaq imkanımız olmadı. Nəvənizdi?
-Xeyr nəvəm deyil.

     Bu cavabı gözləmirdim, nədənsə bu sual onun heç ürəyincə olmamışdı üzündəki o gülüş bir anda yox oldu. Heç bir sual vermədim, xeyli zaman eləcə susduq. Uzun çəkən bu sakitlikdən sonra qadın qolumdan tutub məni oturacağa sarı apardı. Əyləşdikdən sonra uzun müddət gözlərini eyni yerə dikib dayandı nəhayət sözə başladı.
-Məni ilk dəfə gördüyün parkda nəvəm beş il əvvəl orda gözlərimin qarşısında həyata gözlərini yumdu.  Bu gördüyün uşaq mənim yox bacımın nəvəsidi.  İndi bilirəm cavab tapmaq istədiyin suallar çoxdu amma onları verməyə çəkinirsən.

     İçimdə baş qaldıran üzüntü məni qadına daha çox bağlayırdı. Cavab axtardığım sualları ona necə verəcəyimi bilmirdim, cavab tapmamaqdan qorxurdum. Bu fikilər ağlımdan keçərkən əlinin əlimə toxunduğunu hiss elədim. Bu istilik bütün bədənimi  əsir almışdı.
-Sənə hər şeyi danışacam suallarına cavab verəcəm, daxilimdə olan bu fırtınanı səninlə dindirəcəm qızım.

      İlk dəfəydi bu olanların yuxu olduğunu fikirləşdim. Bir anlıq ayılacam hər şey yox olacaq deyə qorxdum. Qadının gözlərinə baxdım ağlayırdı, gözlərimin önündə kədərdən boğulurdu.
Mənə həyatını danışdı danışdıqca o hadisələri yenidən yaşadı. O qadın gözümdə daha da böyüdü ona olan istəyin yerini hörmət, sevgi almışdı. İçimdə olan marağı öldürmüşdüm qadının kim olduğunu, nələr yaşadığını hər şeyi bilirdim. Amma ona qarşı olan sevgim ölməmişdi, günlərlə üzünü görmür gördükdə uşaq kimi sevinirdim.

     Həyat yenə öz planını qurmuşdu xəbərimiz olmadan. Günlər keçsə də qadını parkda görə bilmirdim narahatlıq daxilimi əsir almışdı.

     Bir payız günü  parkdan keçərkən qadının yanında gəzdirdiyi o uşağı gördüm əvvəlcə sevincimdən bilmədim nə edim sonra yanında başqa bir adam gördükdə sevincim yox olmağa başladı. Yaxınlaşmağa çətinlik çəksəmdə özümüdə güc toplayıb məni maraqlandıran sualı verməliydim: Qadın hardadı?

     Onların yanına gələndə uşaq məni tanıdı gülə gülə yaxınıma gəlib salam verdi. Həmin an tək istədiyim qadının harda olduğunu bilmək idi. Bu sualı vermək istədiyim vaxt uşağın yanındakı qadın mənim nə düşündüyümü hiss edərək cavabımı verdi.
-Səni tanıyıram səndən çox danışmışdı bacım.
-Neçə vaxtdı görmürəm hardadı?
-Bacım iki həftə qabaq dünyasını dəyişdi. Ürək əməliyyatından yaxşı çıxmadı.
      Həmin anın yuxu olmasını arzuladım bu saat yuxudan duracam hər şey dəyişəcək. Donub yerimdə qalmışdım nə deyəcəyimi, necə hərəkət edəcəyimi bilmirdim necə ola bilərdi iki həftə qabaq qarşımda sağlam duran insan indi bu dünyada yoxuydu.
-Allah rəhmət eləsin – deyib özümü güclə parkdakı oturacaqlardan birinə yetirdim, uzun müddət hərəkət etmədən qaldım, özümü ən yaxınını itirmiş biri kimi hiss edirdim çarəsiz və üzgün...

     Həmin vaxtdan illər keçsədə mən hələ də o Qadını gözləyirəm, hər o parkdan keçəndə gözüm onu axtarır. İnsanın həyatında iz buraxan insanlar olur, bu qadın mənim həyatımda silinməz bir iz buraxmışdı.

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.