"Sabir poeziya günləri"nin açılışı Muğam Mərkəzində olacaq
27.05.15
1962-ci ildən keşirilən ənənəvi "Sabir poeziya
günləri"nin builki açılış mərasimi mayın 30-da Beynəlxalq Muğam
Mərkəzində olacaq.
Mədəniyyət və Turizm Nazirliyindən verilən
məlumata görə, nazirliyin və Azərbaycan Yazıçılar Birliyinin
təşkilatçılığı ilə təşkil edilən tədbirdə tanınmış yazıçılar çıxış
edəcək, "Sabir" sənədli filmi göstəriləcək, xalq artistləri Alim
Qasımov, Mələkxanım Əyyubova, əməkdar artist Fərqanə Qasımova, xanəndə
Elnarə Abdullayevanın ifasında muğam səslənəcək.
Azərbaycanlı
yazıçıların, xarici qonaqların qatıldığı tədbir mayın 31-də şairin
doğulduğu Şamaxıda davam edəcək. Qonaqlar ulu öndər Heydər Əliyevin
abidəsini, şairin ev-muzeyini və məqbərəsini ziyarət edəcəklər.
Şamaxının mədəniyyət mərkəzində planlaşdırılan tədbirdə xalq artisti
Zabit Nəbizadə, əməkdar artist Firuz Səxavət, xanəndə Abgül Mirzəliyev
və Şirvan aşıqlarının iştirakı ilə konsert olacaq. Poeziya günlərinin
bədii rəhbəri və aparıcısı şair Əjdər Oldur.
Xatırladaq ki,
Şamaxı şəhəri Mədəniyyət və Turizm Nazirliyinin "Xalq yaradıcılığı
paytaxtları" layihəsi çərçivəsində 2015-ci ilin “Ədəbiyyat paytaxtı"
elan olunub.
Kulis
|