Tərcümə Mərkəzi ədəbi gənclik üçün “Yeni Söz” mükafatı təsis etdi
27.05.15
Tərcümə Mərkəzi ədəbi gənclik üçün “Yeni Söz” mükafatı təsis edib.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi gənc istedadların aşkar edilməsi və beynəlxalq müstəvidə tanıdılması məqsədi ilə Azərbaycan dilində yazılmış poeziya, nəsr, esseistika nümunələri üzrə “Yeni Söz” adlı Bədii Yaradıcılıq Mükafatı təsis edib.
Müsabiqəyə ədəbi yaradıcılıqla məşğul olan 35 yaşınadək gənclərin əsərlərinin qəbul ediləcəyi nəzərdə tutulur.
Əsərlərin qəbuluna bu ilin oktyabr ayının 2-sindən başlanacaq.
|