Yazıçı Qan Turalının imza günü olacaq
21.05.15
Qan Turalının "Doqquz hekayə" kitabının imza günü 23 mayda (şənbə günü) saat 15:30-dan 16:00-a qədər Gənc Tamaşaçılar Teatrının foyesində keçiriləcək.
Məlumatına görə “Doqquz hekayə” kitabı yazıçının sayca ikinci nəsr kitabıdır.
Kitabda yazıçının son illərdə yazdığı hekayələr toplanılıb. Mövzu və forma baxımından rəngarəng olan kitaba yazıçının "Prokurorun üç günü" adlı detektiv uzun hekayəsi də daxil edilib. "Doqquz hekayə" kitabı unudulmaz yazıçımız Rafiq Tağının xatirəsinə ithaf edilib. Arzu edən hər kəs imza gününə dəvətlidir.
|