Beynəlxalq Buker mükafatının qalibi məlum oldu
20.05.15
Beynəlxalq Buker mükafatını macar yazıçı Laslo Krasnxorkai ( Laslo Krasznahorkai) alıb. Kulisin Lenta.ru-ya istinadən verdiyi xəbərə görə 61 yaşlı yazıçı mükafatı “Müqavimətin melanxoliyası”, “Si-van-mu burada bizim aramızdadır”, “Şeytan tanqosu” romanlarına görə alıb. Jürinin sözlərinə görə, müəllif mükafata “mürəkkəb ehtirasları və dərin təxəyyülə malik heyrətamiz əsərlər” yazdığı üçün layiq görülüb. “O, dəhşətli, olduqca komik və heyrətamiz gözəl səhnələr yarada bilir” –jürinin sədri Marina Uorner deyib. Xatırladaq ki, nüfuzlu mükafatın sahibinə 60 min funt veriləcək. Yazıçı ilk əsərini 1977-ci ildə çap edib. Səkkiz il sonra o, “Şeytan tanqosu” romanı ilə şöhrət tapıb. Krasnoxorkai əsasən insanların qroteskvarı mövcudluğu haqda antiutopist pritçalar yazır. Onun dünyası adətən izolə olunmuş və gələcəkdən məhrumdur. 2005-ci ildə təsis olunmuş Beynəlxalq Buker Mükafatı iki ildən bir təqdim olunur. Mükafat həm ingilisdilli müəllifə, həm də əsərləri ingilis dilinə tərcümə olunmuş müəllifə verilir. Krasnaxorkai bu nüfuzlu mükafatın 6-cı sahibidir.
Kulis
|