Elçin Hüseynbəyli - Yaxşı tanıdığım “Sual”
18.05.15

Ötənlərdə başqa bir saytda “Sarıköynəklər oxuyurdu” adlı köşə yazmışdım. Yazı sosial problemlərdən bəhs edirdi. Bəndəniz şəhərin artan hay-küyündən,  maşınların aramsız siqnallarından narahatlığını bildirirdi...

Şərhlər bölümündə  “Sual” ləqəbli birisi “Ədəbiyyat qəzeti”ndən niyə çıxarılmağımın səbəbilə maraqlanırdı və belə bir kobud, həm də sarsaq sual verirdi: “Yaxşısı budur, “Ədəbiyyat qəzeti”ndən niyə qovulduğunu yazasan...”  “Köçən yurd yerlərimiz” yazısına isə başqa mız qoyurdu: “Bu nə addı, yurd köçməz, insanlar yurddan köçər”. Əslində mənim işim birinci sualla bağlıdı. Amma ikinci sualla ilgili deyim ki, mən inşa yazmıram, yazıçı assosiativ cümlələr qurmalıdır.

Nəsə.

Keçək “Sual”ın sualına. Əvvəla, demək istəyirəm ki, mən səni yaxşı tanıyıram. Kimliyini bir azdan açıqlayacam. İndi isə pritçafason bir misal çəkim. Stəkanı yarıbayarı su ilə doldurub birinə verirlər və soruşurlar ki, burda nə qədər su var? O cavab verir ki, stəkan yarımçıqdı. Həmin stəkanı başqasına verib, sualı təkrarlayırlar. O da qayıdıb deyir ki, burda su yoxdu ki. Üçüncüyə də eyni suyu və sualı verirlər. O isə deyir: Allah köməyiniz olsun, stəkan dopdoludur.

Birinci halda, insan yarımçıq və mənəviyyatca kasıb, ikincidə tamahkar, üçüncü də isə tox və müdrikdir.

Bu misalla “sual” işarəsinə oxşayanın arasında birbaşa paralellik olmasa da, “hərə öz əxlaqına görə mülahizə yürüdür” deyimi hər ikisinə yarayır.

Başqa pritça da deyim, lap yerinə düşsün. Qədim zamanlarda bir məmləkətin padşahı qiyamçıların yanına araşdırmaçılar  göndərir. Həmin adamlar oradakı qiyamçılarla əlbir olub bir arayış hazırlayır və hökmdara gətirirlər. Hökmdar arayışı oxuyur və görür ki, hər şey qəsdən onun əleyhinə yazılıb. İstehzayla gülür və deyir: “Hər şey yaxşıdı, amma bir yerdə vergül çatışmır”. İndi bu “Sual”da o böyük-böyük məsələləri qoyub, mənasız suallar verir.

Bu da belə. Keçək mətləbə.

Bilirsən səni hardan tanıyıram? Metroya bir mindik, ikimiz də “Sahil”də çıxacaqdıq. İşimlə maraqlandın, mən də cavab verdim ki, bu yaxınlarda köçəcəyik, çünki binamız təmirə dayanır. Onda sən şeytani təbəssümlə güldün: “Adamı çıxarmaq istəyəndə əvvəlcə belə deyirlər. Çıxdınızsa, çətin qayıdasınız”. Dedim ki, sərəncam verilib, qayıdacağıq. Sən yenə də güldün, mənim ciddi-cəhdlərimə baxmayaraq istehzayla aralanıb getdin...

Bilirsən səni hardan tanıyıram?

Tanışlardan biri, sənə də, mənə də alicənablıq edən adam işdən çıxanda sevinirdin və üzündəki həmin şeytani təbəssümlə soruşdun: “Sən bilən onu niyə işdən çıxarıblar?” Cavab verdim ki, niyəsini bilmirəm, amma mərd adam idi. Bizim kisəmizdən getdi. “Nə kisə!?- dedin, - kisə onun özündəydi. Elə yaxşı elədilər, ölənə kimi orda oturub altına yığmayacaqdı ki...”

Bilirsən, səni hardan tanıyıram?

Azərbaycanın hansıca bir uğurunu görəndə, yoldaşlarının sevincinə baxanda içdən qəzəblənirsən, amma nə qədər istəsən də, hisslərini gizlədə bilmirsən. Çünki xəbis, alçaqqəlbli, paxıl birisən. Ona görə ki, bu həyatda özünə yer tapa bilməmisən. Heç o dünyada da tapa bilməyəcəksən. Sənin hərtərəfli cavabını da orda verəcəm. Hələliksə bu yetər. Elə bilirəm ki, sualına cavab verdim. Qane eləmirsə, mənim istefamla bağlı saytlara axtarış verib yetərincə məlumat yığa bilərsən.

Amma hamı sənin kimi deyil.

Şərhlərin birində təxminən belə yazılmşdı: Çox sağ olun, oxudum, zövq aldım. Çoxdandı ki, belə yazılar oxumurduq, əllərinizə sağlıq...

Sən də sağ ol, qardaşım!

Sənsə “sual” yadında saxla: Yaxşılar az, amma güclüdülər, pislər çox, ancaq zəifdilər: sənin təki. Sizin kimilərin gücü kol dalından vurmağa çatır. Atdıqlarınız da bumeranq kimi özünüzə qayıdır: sadəcə hər şeyin əzəl-axırı var...

Gördün, tanıdım səni, a sarsaq!.. /525.az/

Yenililklər
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.