Tərcümə Mərkəzinin nəşrləri Praqa Kitab Sərgisində təqdim edildi
18.05.15

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin nəşrlərinin təqdimat mərasimi Praqa Beynəlxalq Kitab Sərgisinin əsas zallarından birində keçirilib. Mərasimdə Praqa Kitab Sərgisinin rəhbəri xanım Dana Kalimova, Çexiya Mədəniyyət Nazirliyinin, Azərbaycanın Çexiyadakı səfirliyinin, “Azerbaijan Student Network” təşkilatının nümayəndələri, Praqada yaşayan tanınmış şairlər, tərcüməçilər və oxucular iştirak ediblər.

Tədbiri giriş sözüylə açan Afaq Məsud Azərbaycan dövlətinin dil və tərcümə sahəsinə göstərdiyi böyük diqqət və qayğıdan, Mərkəzin beynəlxalq müstəvidə gördüyü işlərdən danışıb: “Bu gün Mərkəz, Azərbaycan ədəbiyyatının dünyaya tanıdılması istiqamətində bir sıra layihələr üzərində çalışır. Müasir Azərbaycan ədəbiyyatı antologiyası kitabını bir neçə dildə nəşrə hazırlayır. Yaxın vaxtlarda rus dilinə çevrilmiş bu ikicildliyin Moskvada təqdimat mərasimi olacaq. Antologiyanın bu il belorus dilində Minsk şəhərində, ərəb dilində Misirin Qahirə şəhərində nəşrləri və təqdimat mərasimlərinin keçirilməsi gözlənilir. XX və XXI əsr Azərbaycan ədəbiyyatının seçmə şair və yazıçılarının əsərlərinin yer aldığı bu kitabın hazırda ingilis, alman və türk dilinə tərcüməsi üzərində iş gedir. Bu akademik nəşr adıçəkilən ölkələrin dil daşıyıcıları tərəfindən tərcümə edilib və həmin ölkələrin nəşriyyatlarında da nəşr edilməsi barədə razılığa gəlinib. Burada, Praqa Kitab sərgisi çərçivəsində, biz, bu antologiyanı həm poeziya, həm də nəsr cildini çex dilinə tərcümə edəcək peşəkar tərcüməçilər tapmağımıza çox sevinirik. Həmçinin, müasir çex ədəbiyyatının aparıcı simalarının əsərlərini Azərbaycan dilinə çevirib ölkəmizdə nəşr etməyi planlaşdırırıq. Bu gün dünyanın ən aparıcı ədəbiyyatlarından biri də Azərbaycan ədəbiyyatıdır. Yəqin ki, Nizami, Füzuli, Nəsimi kimi dühaların adları sizə tanışdır. Bu böyük ədəbiyyatın davamı bu gün Azərbaycanda yaranmaqdadır”.

Daha sonra söz şair Zakir Fəxriyə verilib: “Hər şey sözdən yarandı. Söz Allahla qoşaydı. Allahı söz, sözü Allah yaratdı”. Bu sətirlər müqəddəs “İncil”dəndir. Gördüyünüz kimi, bu müqəddəs kitab da, sözün Allahla insan arasında körpü olduğunu bildirir. Allaha ucalan dualar sözdən yaranır, insanlar arasında ünsiyyət sözlə qurulur. Mərkəzin nəşrlərindən olan “Bəşəri poeziya” adlı kitabda dünya şeirinin ən görkəmli simalarının şeirləri yer alır. O şeirləri orijinaldan sətri tərcümələr əsasında Azərbaycan dilinə çevirmişəm. Bu kitab mənim üçün bir mətləbi aydın etdi ki, bütün böyük şairlər, onların metafizik düşüncələri eyni bir yerdən, eyni mənbədən qaynaqlanır. Bu, üzü qədimdən bəri belə olub ki, dünyaya sülhü, barışı, sevgini, dünyadan heç bir umacağı olmayan şairlər, yazıçılar gətirib. Ədəbiyyat – dözüm və sevgi, mərhəmət və barış deməkdir.

Çox istərdim ki, tədbir iştirakçıları yaxın günlərdə Bakıda keçiriləcək Bakı Avropa Oyunlarını izləsinlər. Bu tədbirin də amalı dünyaya sülh, barış mesajı verməkdir. Dünya aramsız müharibələr oylağına çevrilib. Bu tədbir, gücün müharibələr və silahlarla yox, bəşəriyyətə, insanlığa, ruha sağlamlıq bəxş edən idmanla sınanılmasına köklənən bir dünya çağırışıdır”

Tədbirdə bir neçə Azərbaycan şairinin şeirləri ingilis dilində səsləndirilib.

Görüşün sonunda Azərbaycan-Çexiya ədəbi əlaqələrinin qurulmasında xidmətləri olan bir neçə şəxsə – Praqa Kitab Sərgisinin rəhbəri Dana Kalinovaya, Çexiya Mədəniyyət Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Helena Provaznikovaya və Azərbaycanın Çexiyadakı Fövqəladə və Səlahiyyətli səfiri Fərid Şəfiyevə mükafatlar verilib.

Sərgi çərçivəsində şair Zakir Fəxriylə görüş keçirilib. Görüşdə şair ədəbiyyat, poeziya barədə fikirlərini bölüşüb, şeirlərini oxuyub, mərasim iştirakçılarının suallarını cavablandırıb.

Yenililklər
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.