Rəbiqə Nazimqızından yeni şeir
14.05.15
Artpress.az şairə Rəbiqə Nazimqızının yeni şeirini təqdim edir.
Ətcə balalarını yerindən, əjdahanı yemindən etmişdim, Zümrüd quşu. Yuvanı tapmamışdım - ovcumda saxlamışdım balalarını...
Körpə bədənlərindəki yüngül qızartı - sığal yeri keçəcək, Ana qucağında ağrıdan yox, sevgidən ağlayırlar, səsləri kiriyəcək...
İstəsən, bir də dolaşmaram yaşıl ağacların altında, əjdahanı görəndə yüz ağaclığından keçərəm, köçərəm quşların olmadığı yerlərə - yəni kor ola bilərəm göy üzünə. İstəmə...
Sən yenə qanadın üstündə qaranlıqdan çıxdığımı xatırla, işığa dönmüşdün tükdən asılı günlərimdə, "qu" deyəndə "qurban olum", "qa" deyəndə "qadan alım" söyləmişdim...
İndi alovlu ahlarını tökmə üstümə, Zümrüd quşu, qəzəbli lələklərini lənət tək yağdırma başıma, şimşək gözlərində sevməyə nəsə saxla... Nə-sə.
|