Nicat Həşimzadə - Sveyq  vicdanın özüdür
12.05.15

Alman roman ustası, bioqrafiya yazarı, araşdırmaçı və publisist. Stefan Sveyqi “Yad qadının məktubları” əsərinə görə tanımışam. Uzun zaman bu əsərin təsirindən xilas ola bilməmişdim.  Yəhudi əsilli fabrikantın oğlu olan Sveyq əsasən yaratdığı tarixi xarakterlərə və bioqrafik əsərlərə görə tanınır. Yaşadığı zamanda bir çox həmkarları Freydi qınaq obyektinə çevirsələr də Sveyq Freyd təfəkkürünü yüksək qiymətləndirir, onun ideyalarından yararlanır və bunu səmimi şəkildə etiraf edirdi. Hər iki dünya müharibəsinə şahidlik edən Sveyq savaşa həmişə etiraz etmiş,  sivil qaydada mübarizə aparmışdır. 1942 ci ildə savaşa, dünya böhranına etiraz edərək qadını ilə birlikdə intihar etmişdir. Həyatının son illəri nasist təqiblərindən qaçmağa sərf olunub.

“Dünənin dünyası” kitabında müəllif öz yaşadığı hadisələrdən bəhs edir. Tolstyoy haqqında bioqrafiya yazan müəllif  Roman Rollandla tanışlığı və Ceyms Coysla bağlı xatirələrindən danışır. Nasistlər yəhudi bəstəkarlarının musiqilərinin ifasını qadağan edir, bu qadağa hətta ölən bəstəkalara da aid edilir. Sveyq bəşəriyyətə müharibədə ölümün mənasızlığını izah etməyə, sülhü qorumaq naminə hər kəsi bir araya cəlb etməyə çalışır. Maksim Qorki ilə görüş daha maraqlıdır. Çünki Qorki fransız və  alman dillərini bilmir, Sveyq isə rus dilini. Və müəllifin xatirələrindən belə məlum olur ki, Maksim Qorkinin üz cizgilərindən, jestlərindən nə söylədiyini anlamaq olur. Həmçinin bu kitabda Jozef Fuşenin siyasi xadim kimi əhəmiyyətini, istənilən situasiyada doğru qərar verə bilmək iqtidarına malik olmasını yazır.

Sveyqi narahat edən ən kədərli məsələ bəşəriyyətin insan sevgisizliyidir. Hakimiyyəti, idarəetmədəki  problemləri kəskin şəkildə tənqid edir. Təhsil sistemindən narazılıq hiss olunur. Nasistlərin yəhudilərə qarşı bəslədiyi kin  Sveyqi narahat edir. Kitabda nəzərimi daha çox cəlb edən  məsələ Sveyqin Vyanaya olan həssas münasibətidir. Sveyq müharibə olmasına baxmayaraq Vyana insanından yüksək əhval, hədsiz enerji gözləyir. Lakin  böhran bütün ölkələri məhv etdiyi kimi Vyananı da bərbad hallara salmışdı.

Stefan Sveyq  hətta intihar etsə də inanırdı, inanırdı ki, müharibə bitəcək. İnsanlar müəyyən zamandan sonra savaşı unudub xoşbəxt yaşayacaqlar. Lakin ölən gənclər bir daha geri gəlməyəcək. Ölümə qarşı həssas olan, etiraz edən Sveyq öz həyatına ölümlə son qoyur . Bir çox ziyalılar intihar edərək müharibəyə etirazlarını ifadə ediblər. Sveyq isə tək yox, qadını ilə birlikdə intihar edib. Bu onu fərqləndirən cəhətlərdən bəlkə də ən vacibidir.  “Dünən dünyası” kitabını nəyə görə sevdim?  Sveyq xatirələrində yazır ki , əgər bəşəriyyət müharibə qurbanına çevrilirsə bunun günahkarı siyasətçilər və ya silah satıcıları deyil, daha böyük  ərazilər əldə etmək üçün  vuruşan kapitalistlər deyil. Günahkar - biz ziyalılarıq. Deməli normal təfəkkürə sahib, sivil düşüncəli cəmiyyət yarada bilməmişik. Kitabda Sveyq sanki coğrafi xəritə yaradıb. Parisə səfərində qeyri – adi mühitlə qarşılaşan Sveyq alman sisteminin qəddarlığını daha dərindən dərk edir. Müharibə nələri məhv edir və sülh bəşəriyyətə nələr bəxş edir. Sveyq bütün həyatı boyu ölümsüz olmağı arzu edirdi. Hər iki dünya müharibəsinə məcburən şahidlikk etməyi onun əsəbləri pozmuş , yazıçı milyonlarla insanın ölümündə özünü günahkar saymış və intihar etmişdir. İstənilən savaşa görə hər kəs günahkardır və hər kəs cavab verməlidir. Müharibə mədəniyyət abidələrini məhv edir. Bir çox ziyalı insanların ölümünə səbəb olur. İnsanlar məcburən döyüş meydanlarına aparılır, hətta yəhudi uşaqlar da işgəncələrə məruz qalırlar. Sveyq qeyd edir ki, müharibənin ikinci mərhələsində Berlin də dağıdılmışdı. İnsanlar hakimiyyətə tabe olmaq istəmirdilər. Hər kəsi azadlığa çağıran gizli təşkilatlar dövlətdən daha qüdrətli idi. Sveyq həyatında ilk dəfə aclıq gördüyü insanların acısını təsvir edir. “Çəkisi az olan çörək qapqaraydı, yapışqan- qətran qarışığını xatırladan dadı vardı, arpadan hazırlanır, qum kimiydi” Insanların bəziləri ətin dadını unutmuş, digərləri isə unutmamaq üçün dovşan, sincab əti ilə qidalanırdılar. Köhnə çuvallardan şalvar tikilməsi adət halını almışdı. Sveyq bu kitabı yazmaqla sübut edir ki, bəşəri aclıq bütün əxlaqı dəyərləri, ən ali mənəvi aləmləri belə dağıtmaq gücünə malikdir. Həmin illər Sveyq pyeslər yazır. 2 dəfə pyesləri tamaşaya qoyulmağa yaxın olsa da uğursuzluğa düçar olur. Lakin sınmır, mübariizəsini davam etdirir. Romen Rollan bütün təqiblərə, hədələrə , aşağılayıcı qərəzli münasibətə baxmayaraq müharibə , ümumilikdə imperializm əleyhinə beynəlxalq miqyasda əks- səda yaradan məqalələr yazır. Heç bir səbəb onu sarsıtmır, Heç bir təhdid onu yolundan döndərə bilmir. Qorxmadan mübarizə aparmaq Rollandın həyat tərzinə çevrilir. Sveyq Rollanı sarsılmaz, ləkəsiz nümunə hesab edir. Lakin dahi mütəfəkkirin xəstəlik dönəmindəki çətinliklər Sveyqi üzür. Müəllif kitabda yazır ki. Avropa vicdani dəyərlərini qoruyub saxladığı üçün Romen Rollana minnətdar olmalıdır. Həyatı boyu azadlığını hər şeydən üstün tutan Rolland heç bir gizli təşkilata qoşulmur. Sveyq kütlənin ziyalılar, vicdanlı təfəkkür sahibləri tərəfindən deyil, vəhşilər tərəfindən idarə edilməsinə etiraz edir. Kitabda ən ağır səhnələrdən biri müharibədə ərləri ölən qadınların fahişə kimi çalışmasıdır. Savaş illərində fahişəlik kütləvi hal alır. Lakin sülh bərqərar olduqdan sonra bu problem həll olunmuş, fahişələrin sayı azalmışdır. Sveyqin atası yəhudi idi. O nasistlərin işgəncələrinə , yəhudilərə qarşı bəslədiyi vəhşi münasibətə daha həssas yanaşırdı.  Yəhudi xalqını bəşərriyətin canlı mədəni abidəsi sayan Sveyq bu nifrətə göz yuma bilməzdi. Müharibədən fiziki çatışmazlıqla qayıdan kişilər övladlarının aclıqdan əziyyət çəkdiyini görür və intihar edirdilər. Kitab həm də ona görə sevilir ki, Sveyq hər fikrində, hər cümləsində səmimidir, humanistdir. Sveyq bu kitaba qədər də tarixi əsərlər, miniaturlar yazıb. “ Bəşəriyyətin ulduzlu saatları ” bu baxımdan ən dəyərli nümunədir. Tərcümə də çox uğurlu alınıb . Eyni düşmənə qarşı mübarizə bir zamanlar fərqli cəbhələrdə olmuş tərəfləri birləşdirə bilər və bu birləşmə bəzən qaçılmaz olur.  “Dünənin dünyası”nı oxumazdan öncə “Kazanova” və “İblisə savaşanlar – Nitşe haqqında monoqrafiyanı“ oxudum. Stefan Sveyq mütləq oxunmalı olan ziyalıdır. Sveyqi oxumaq dünyanı dərk etmək, özünü aliləşdirmək, mənəvi kamillik əldə etməkdir.                 

Ən çox sevdiyim yazıçılardan birinin kitablarını nəşr etdirən “Alatoran Yayınları” na təşəkkür edirəm . Həm “Bəşəriyyətin ulduzlu saatları” həm də “Dünənin dünyası” kitablarını Sveyq yazaraq yaşamayıb, yaşayaraq yazıb. Tam əminliklə oxucu dostlara bu kitabı oxumağı tövsiyyə edirəm. 

Artpress.az

Yenililklər
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
19.10.23
Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
16.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
05.10.23
Mədəniyyət Nazirliyinin dəstəyi ilə XVIII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək
05.10.23
Paulo Koelyonun “Əlkimyagər” romanı əsasında film çəkiləcək
05.10.23
Ədəbiyyat üzrə Nobel mükafatı Norveç yazıçısı Yun Fosseyə verilib
29.09.23
Günay Əfəndiyeva Qırğız Respublikası Prezidentinin müşaviri Arslan Koiçiyev ilə görüşüb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.