Ümumrespublika Tərcümə Müsabiqəsinin qalibləri elan edildi
05.05.15
Azərbaycan Gənclər Fondunun dəstəyilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən keçirilən 2-ci Ümumrespublika Tərcümə Müsabiqəsi başa çatıb. Nəticələr www.agta.az saytında bu gün elan edilib.
Belə ki, aprelin 11-də başlayan müsabiqənin final mərhələsi mayın 3-də keçirilib və sonuncu mərhələyə keçən 25 nəfər arasında 3 nəfər qalib elan olunub. Beləliklə, müsabiqədə 1-ci yeri Aytac Atakişiyeva, 2-ci yeri Səidə Vələdzadə və 3-cü yeri Nigar Babayeva adlı iştirakçılar tutub. Qeyd edək ki, 18-29 yaşlı gənc tərcüməçilərin iştirak etdiyi müsabiqə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyilə həyata keçirilir. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən, azərbaycanlı tərcüməçiləri bir araya gətirən, tərcüməçilərin ilk peşəkar təşkilatıdır. İki yüzə yaxın peşəkar, həvəskar tərcüməçiləri, tərcümə təhsili almaqda olan tələbələri bir araya gətirən AGTA 2011-ci il sentyabrın 30-da – Beynəlxalq Tərcüməçilər Günündə – bir qrup gənc tərcüməçi tərəfindən təsis edilib. Təşkilatın yaradılmasında məqsəd ölkədə fəaliyyət göstərən tərcüməçilər arasında kommunikasiya qurmaq, onların hüuqlarını və maraqlarını müdafiə etmək, tərcümə sənəti haqqında düzgün ictimai rəy yaratmaq, gənc tərcüməçilərə dəstək olmaq, eləcə də mədəniyyətlərarası kommunikasiyanın imkanlarından istifadə etməklə ölkənin müxtəlif sahələrdə inkişafına töhfə verməkdir.
Artpress.az
|