Azərbaycanlı yazıçıya 5 illik həbs cəzası kəsildi
28.04.15
Əslən azərbaycanlı olan Rusiya yazıçısı Eduard Bağırova Moldovada 5 illik cəza kəsiblər.
Onu "Moldovada ictimai-siyasi sabitliyi pozmaq cəhdində, 2009-cu ilin 5 aprel tarixli parlament seçkilərinin nəticələrinə təsir göstərmək məqsədilə təxtibatçı hərəkətlərdə" təqsirli biliblər.
Kişinyov məhkəməsi bu hökmü qiyabi çıxarıb. Çünki yazıçı Rusiyaya qaçırılıb.
6 il əvvəl parlament seçkilərində kommunistlər qalib gələndə Avropayönümlü qüvvələr dinc etiraz aksiyaları təşkil etmiş, sonradan bu aksiyalar iğtişaşla nəticələnmiş, parlament binası yandırılmışdı.
Qərbyönümlü partiya liderləri iğtişaşları pisləmiş, bunun provakasiya olduğunu demişdilər. /Oxuzali.az/
|