Markes Bakıda anıldı
17.04.15
Nobel mükafatlı Kolumbiya yazıçısı, "Yüz ilin tənhalığı", "Patriarxın payızı" kimi şedevrlərin müəllifi Gabriel Garsia Markes Bakıda anıldı.
Tədbir Müasir İncəsənət Muzeyində Kolumbiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutub.
Anım tədbirində Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Assad Jose Gater, tanınmış Kolumbiya yazıçısı Oktavio Escobar da iştirak ediblər. Escobar Markesin Kolumbiya cəmiyyətində münasibətdən və yaradıcılığının qaynaqlandığı Kolumbiya mühitindən danışıb.
Tədbirdə Markesin yaxın dostlarından biri olmuş fotoqraf Nereo Lopezin onun həyatının müxtəlif illərində çəkdiyi əsasən ağ-qara fotolar sərgilənir. Ziyarətçilər burada Marquez-in dünyanın bir çox ölkəsində çap olunmuş onlarca kitabıyla, bəzi şəxsi əşyalarıyla və həyatı haqda çəkilmiş filmlə tanış ola bilərlər. /oxuzali.az/
|