UNESCO-nun baş qərargahında “Kitabi-Dədə Qorqud”la bağlı forum keçiriləcək
15.04.15
Parisdə UNESCO-nun baş qərargahında “Kitabi-Dədə Qorqud” eposunun alman dilində ilk tərcüməsi, nəşri və dünya elm aləmində tanıdılmasının 200 illiyinə həsr olunmuş beynəlxalq forum keçiriləcək.
UNESCO və Beynəlxalq Türk Akademiyasının birgə təşkilatçılığı ilə reallaşacaq forumda Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.
Tədbirdə Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan və digər türkdilli ölkələr təmsil olunacaq.
|