Rövşən Danyeri Senet.az-a redaktor təyin olunub
07.04.15
Rövşən Danyeri Senet.az ədəbiyyat və sənət dərgisinə yeni redaktor təyin olunub.
Senet.az ədəbiyyat və sənət dərgisinin baş redaktoru, “Hədəf” Nəşrlərinin direktoru Müşfiq Xan məlumat verir ki, Senet.az ədəbiyyat və sənət dərgisinə yeni redaktor təyin olunub. Bu vəzifəni bu gündən etibarən Rövşən Danyeri icra edəcək. O, bununla yanaşı “Hədəf” Nəşrlərinin mətbuat xidmətinin katibinin səlahiyyətlərini də yerinə yetirəcək.
Qeyd edək ki, Senet.az ədəbiyyat və sənət dərgisi vasitəsi ilə ədəbi gündəmi izləyə, mədəniyyətin müxtəlif sahələrinə aid yazılarla tanış ola bilərsiniz. Bununla yanaşı “Hədəf” Nəşrlərinin və “XAN” nəşriyyatında çap olunan son kitablar barəsində məlumat əldə edə bilərsiniz.
Artpress.az
|