“Xəzər” dünya ədəbiyyatı jurnalının növbəti sayı (1/2015) işıq üzü gördü
07.04.15
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rüblük mətbu orqanı olan "Xəzər" dünya ədəbiyyatı jurnalının növbəti (1/2015) sayı nəşr edildi.
Jurnalın bu sayında Sol Bellounun “Gümüş nimçə” və Tomas Mannın “Balaca cənab Frideman” hekayələri, “Qədim sufilərin söylədikləri”, Eys Kriqenin şeirləri, Mixail Bulqakovun məktubları, Yohan Volfqanq Hötenin “Sənətdə həqiqət və həqiqətə bənzərlik haqqında” essesi, “Qıpçaq türkcəsindən tapmacalar”, Akira Kurosavanın “Qurbağa yağı satan” adlı memuarı, Haynrix Böllün “Və bircə kəlmə də demədi”, Migel Delibesin “Sərsəm” romanları yer alıb.
Artpress.az
|