Vasif Əlihüseyn - Çay evlərindəki rayonlu qızlar
06.04.15

Bu qızları görəndə, ilk ağlıma gələn  o olur ki, bunlar rayondan Bakıya gələndə, evdəkilərə harada işləməyə gedirik deyib?! Elə bilirəm ki, toza – dumana bürünmüş “Çay evi”nə, nə vaxtsa onun hansısa bir qohumu müştəri qismində gələcək və görəcək ki, bu yazıq qıza çay gətirdiyi masalardan gör neçə cavan əl – qol atır.

Vallah bu yazını ürək ağrısıyla yazıram. Artıq Bakıda çay evlərinə müştəri cəlb etmək üçün bu üsula əl atıblar: kafeyə qız işçiləri işə götürməklə.  Kəndin o cür təmiz havasından sonra, bu kafelərdəki siqaret tüstüsünü udmaq ən azından onlar üçün Bakıdı.

Yazıqların hələ kafedəki cavanların zarafatla soruşduğu “ərin var?” – sualına cavab olaraq  “ərimə nə gəlib, səndən də qəşəngdi”- cavabı isə onlar üçün ən böyük təsəllidi. Bəs əri olmayanlar nə deyir görəsən?! Deyir: “qadaşıma nə gəlib, səndən min dəfə qəşəng oğlandı?!” 

Bakını ilk dəfə televizorda görən bu qızlar, şəhərin ən yaxşı yerlərini görüblər. Amma fikirləşməyiblər ki, Bakının televizora sığmayan belə kafeləri də var.

“Nərd taxtası”nı ilk dəfə atasıyla dostu oynayanda, “Domino”nu qardaşı dostlarıyla oynayanda görən bu qızlara, rayona qayıtmaq üçün xatirələrdəmi kömək etmir?!

Dostların dəvəti ilə işdən sonra çay içməyə getdiyimiz bu çay evində hələ masaların üstünü belə təmiz silə bilməyən qız sabah uşaqlarla pivə içəcəyinə söz verir. Bəlkə də hamını unudan bu qız, bircə ləhcəsini unutmayıb. Danışığından hiss edirəm ki, biz tərəfdəndi.

Dostların dəvəti ilə üfunət qoxulu “Çay evi”ndən çıxıb evə getmək üçün metronun Memar Əcəmi stansiyasına yaxınlaşıram.

Yazıqlar, arzum budur sizi Bakını tanımayan oğlanlar sevsin!

Artpress.az

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.