"Avanqard" jurnalının mart sayı çap olunub
02.04.15
"Avanqard" ədəbiyyat və mədəniyyət jurnalının ikinci sayı çap olunub.
Jurnalda
Aslan Quliyevin “Vəhşi gözəl” romanı, Əlabbasın “Qonaq ehtiyatı”,
hekayəsi, Sevinc Elsevərin, Esmira Məhiqızının şeirləri, Nizami
Cəfərovun müsahibəsi, Asif Atanın “Bəşərin tarix qaralaması”, Aydın
Dadaşovun “Ədəbiyyatdan kinoya”, Sənan Şəfizadənin Adil Mirseyidin
avtoportreti haqqında, Elxan Yaqubovun Xocalı faciəsi haqqında
məqalələri, Kənan Hacının Anarın povesti haqqında, Həmid Piriyevin
Xanəmirin romanı haqqında tənqidi yazıları çap olunub.
Bundan
başqa jurnalda Ayişə Nəbinin tərcüməsində Tomas Eliotun şeir haqqında
essesi, Ziyad Quluzadənən tərcüməsində Oğuz Atayın “Təhlükəli oyunlar”,
Araz Gündüzün tərcüməsində Aleksandr Qrinin” “Oyuncaq” hekayələri, Ariz
Tarverdiyevin tərcüməsində isə Kamran Rəsulzadənin şeirləri yer alıb.
Jurnalda
həmçinin bugünkü ədəbi proseslə bağlı aparılan sorğu və “Tənqidçilərin
seçdiyi və seçə bilmədiyi yazarlar” yazısı da dərc olunub. Jurnalın üz
qabığında və arxasında Adil Mirseyidin çəkdiyi rəsmlər verilib.
Jurnalı
Kitabevim.az mağazasından (Nəsimi r., Puşkin k., 32, AK center II
mərtəbə (28 may metrosu) əldə etmək olar. Qiyməti 3 manatdır.
|