Quardian qəzeti tarixin ən yaxşı 100 romanının adını açıqlayıb.
Axar.az sözügedən siyahıda yer alan ilk 30 əsəri təqdim edir:
1. “Don Kixot” – Servantes
Cəngavər və onun köməkçisi Sanço Pansonun macəralarından bəhs edən roman hələ də oxucuları heyrətləndirməkdədir.
2. “Pilqrimin tərəqqisi” – Con Banyan
Ruhdan düşənlərə stimul verən, onları hədəfə doğru ruhlandıran roman.
3. “Robinzon Kruzo” – Daniel Defo
İlk ingilis romanı.
4. “Qulliverin səyahəti” – Conatan Svift
Ortaya qoyduğu problemlərlə hələ də aktual olan möhtəşəm əsər.
5. “Tom Cons” – Henri Fildinq
Cəsarətli yetim bir oğlanın sərgüzəştlərindən bəhs edən və xoşbəxt evliliklə başa çatan kitab.
6. “Klarissa” – Samuel Riçardson
İngilis ədəbiyyatının ən böyük romanlarından biri.
7. “Tristram Şendi” – Lourens Stern
XVIII əsrdə yazılan və dövrünə görə ən çox satılan əsər.
8. “Təhlükəli münasibətlər” – Pyer Şoderlo de Laklo
Epistolyar roman. Fransızlar bu əsərə “bədii metodiki tövsiyə” adını veriblər.
9. “Emma” – Ceyn Ostin
Qürurla mövhumat, xurafat arasında aparılan mübarizə və heç usanmayan, güclü Emma.
10. “Frankenşteyn” – Meri Şelli
“Frankenşteyn” və ya ikinci adı ilə “Müasir Prometey” teatr və kinonun hər zaman gündəmində olan əsərdir.
11. “Qara qoyun” – Onore de Balzak
İki rəqibin qadın uğrunda apardığı mübarizə.
12. “Anna Karenina” – Lev Tolstoy
XIX əsrdə qələmə alınan bu roman dünya ədəbiyyatının ən möhtəşəm əsərlərindəndir.
13. “Devid Kopperfild” – Çarlz Dikkens
Bu avtobioqrafik əsər Dikkensin ən sevdiyi romanı olub.
14. “Ceyn Eyr” – Şarlotta Bronte
Romantik, emosional və bir o qədər də ziddiyyətli süjetə malik olan bu əsər Şarlotta Brontenin ilk romanıdır.
15. “Karamazov qardaşları” – Fyodor Dostoyevski
“Cinayət və cəza”nın müəllifindən şedevr əsər.
16. “Məhkəmə” – Frans Kafka
Yozefin qəribə hekayəsi.
17. “Qadınsız kişilər” – Ernest Heminquey
Heminquey romanları ilə bütün dünyada məşhurluq qazansa da, qısa hekayələri ilə öz imzasını tanıtmağa müvəffəq olmuşdu.
18. “Heklberri Finnin macəraları” – Mark Tven
Gülüş ustası Tvenin şedevri.
19. “Alisa möcüzələr diyarında” – Luis Kerroll
“Alisa möcüzələr diyarında” əsəri ingilis yazıçının ən məşhur əsəridir.
20. “Xanım Dellouey” – Virciniya Vulf
Ceyms Coysun dünya ədəbiyyatına möhürünü vurmuş "Uliss"i varsa, Virciniya Vulfun da " Xanım Dellouey" romanı var.
21. “Balaca qadın” – Luiz Alkott
İngilis xanımlardan bəhs edən və bestseller siyahısına düşən əsər.
22. “Dorian Qreyin portreti” – Oskar Uayld
Bu əsər Oskar Uayldın dərc edilmiş yeganə romanıdır.
23. “Vəba” – Alber Kamü
Əlcəzairdə baş verən hadisələr.
24. “1984” – Corc Oruel
UNESCO-nun qərarı ilə 1984-cü il yazıçının xatirəsinə ehtiram olaraq "Corc Oruell ili" elan edilib.
25. “Lolita” – Vladimir Nabokov
“Lolita” Nabokovun şah əsəridir.
26. “Yüz ilin tənhalığı” – Qabriel Qarsiya Markes
Postmodernizm şedevri.
27. “Gülüş və unutmaq kitabı” – Milan Kundera
Bu əsər avtobioqrafik xarakter daşıyır.
28. “Harun və nağıllar dənizi”– Salman Rüşdi
Kitabda nağıl danışmağı çox sevən Rəşidin birdən-birə bu istedadını itirməyindən söhbət açılır.
29. “Yaxşı əsər” – Ford Madoks
Klassik nitq nümunələrindən ibarət əsər.
30. “Heç kimin gündəliyi” – Corc Qrossmit
“Cənab Puter” obrazı ilə dünya ədəbiyyatına damğasını vuran əsər.
Axar.az