Azərbaycan Yaradıcılıq Fondu Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Qurani-kərim motivləri əsasında hekayə” müsabiqəsi elan edir. Layihə Qurani-Kərimin gənclər arasında düzgün formada təbliğinə, müqəddəs kitabımızdan gələn mütərəqqi ideyalarla gəncliyi daha yaxından tanış etməyə xidmət edir.
Müsabiqənin şərtləri:
1) Müsabiqəyə təqdim edilən hekayələrin sujeti və ideyası Qurani-kərimdə bəhs edilən məsələlərlə birbaşa bağlı olmalıdır;
2) Müsabiqəyə göndərilən hekayələr 10 min işarədən az olmamalıdır;
3) Hekayələr elektron formada (Times New Roman şriftində) müəllif haqqında kiçik arayış, foto ilə birlikdə Azərbaycan Yaradıclıq Fondunun elektron ünvanına -
[email protected] 4) Hekayələr qəbulu üçün son gün 15 aprel 2015-ci ildir.
5) Müsabiqədə yaş və peşə məhdudiyyəti yoxdur.
Mükafatlandırma:
Müsabiqədə 1-ci, 2-ci və 3-cü yer olmaqla üç baş mükafat və Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin iki həvəsləndirici mükafatı, həmçinin bir sıra təhsil ocaqları, nazirliklər, idarə, fond və təşkilatların xüsusi mükafatları olacaqdır.
Birinci yer – 700 azn
İkinci yer – 500 azn
Üçüncü yer – 300 azn
Həvəsləndirici iki yerin qaliblərinə isə qiymətli hədiyyələr veriləcəkdir.
Müsabiqəyə təqdim edilən bütün hekayələr antologiya kimi dərc ediləcək, mükafatlandırma mərasimi keçiriləcəkdir. Nəşr edilmiş antologiya bütün kitabxanalara pulsuz paylanacaqdır.
Artpress.az