Kənan Hacı: "Yazarların kitablarının nəşrinə dəstək olmaq lazımdır"
29.03.15

"Ədəbiyyat sanki tədricən arxa plana keçir..."

-İlk olaraq Azərbaycan ədəbi mühiti haqqında danışardınız. Yazarların qruplaşması deyilən bir anlayış var sanki, bu nə qədər doğrudur?

-Sabir demişkən, “qarışıqdır hələlik millətin istedadı, ələnirsə, safı bir yan, tozu bir yanlıq olur”. Vəziyyət bu cürdür, yəni bu günkü ədəbi mühit haqda dolğun təsəvvür yaratmaq üçün Sabirin misralarından uğurlu ifadə tapmaq çətindir. Ədəbi mühitin mənzərəsi boz-bulanıqdır, bir-iki il əvvəlki canlanma yoxdur, ümumi süstlük müşahidə olunur. O mühiti yaradan insanlar kənara çəkiliblər, sanki gözləmə mövqeyindədirlər. Yazıçılar öz kitablarını nəşr etdirə bilmirlər, yazılan əsər zamanında oxucuya gedib çatmır. Ölkədə bu qədər varlı adamlar var, onların heç biri ədəbiyyata sərmayə qoymaq istəmir. O ki, qaldı qruplaşma məsələsinə, bu qruplaşmalar həmişə olub, indi də var, gələcəkdə də olacaq. Eyni düşüncəni paylaşan yazarların bir araya gəlməsi əslində çox normal bir haldır, amma bizim kasıb ədəbi mühitdə heç bu qruplaşma da siz deyən elə hiss olunmur. Yeddi-səkkiz il əvvəl bu qruplaşmalar ədəbi mühitdə müəyyən dartışmalara səbəb olurdu, amma indi bu da yoxdur. Məsələn, indi AYO-nun fəaliyyəti qətiyyən hiss olunmur. Ədəbi prosesə müzakirə mühiti gətirən saytların fəaliyyətinin məhdudlaşdırılması da təəssüf hissi doğurur. Ədəbiyyat sanki tədricən arxa plana keçir. Ümid edirəm ki, bu, keçici bir haldır, bu böhran uzun müddət davam edərsə, əlbəttə ki, müstəqil ədəbiyyat çox böyük zərbə altında qalacaq. Amma düşünürəm ki, pessimizmə qapılmaq da lazım deyil. Bütün hallarda yazıçı öz səngərində, yazı masasının arxasında olmalıdır. Sevindirici haldır ki, ötən il Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi yaradıldı, “Xəzər” jurnalı, “Aydın yol” qəzeti davamlı olaraq nəşr edilir. Bu qurumun yaradılması ədəbiyyatımız, tərcümə sənətimiz üçün böyük bir hadisədir.

-Oxucalar arasında yerli yazarlara marağın az olması sizcə nə ilə əlaqədardır?

-Bizim düşüncəmizdə həmişə yerli mal keyfiyyətsiz kimi qəbul olunub, hamı xarici mala üstünlük verir. Təəssüf ki, kitaba münasibət də belədir. Oxucuların əksəriyyəti xarici ədəbiyyata üstünlük verirlər, yerli yazarların maraqsız olduğu düşüncəsindədirlər. Problem budur. Halbuki Azərbaycanda elə yazıçılar var ki, onların əsərləri dünya ədəbiyyatı nümunələrindən heç də geri qalmır. Bu yaxınlarda Mübariz Örənin “Qar tanrısı” hekayəsini oxudum, dünya səviyyəli bir nəsr nümunəsidir. Mükəmmək struktur, fərqli təhkiyə tərzi, ustalıqla işlədilən ədəbi priyom diqqətimi çəkdi. Son zamanlar onun bütün hekayələrini oxuyuram. Şərif Ağayarın “Haramı”, Mirmehdi Ağaoğlunun “Küləyi dişləyən”, Səxavət Sahilin “İsanın qadını”, Kəramət Böyükçölün “Səkkizinci gün” romanları hər hansı bir xarici dilə tərcümə olunsa, çox böyük maraqla da oxunacaq. Mən bunu əminliklə deyirəm.

-Ədəbi mühitin mövcud vəziyyəti sizi qane edirmi?

-Mövcud vəziyyət qane etməsə də çalışmaq lazımdır ki, ədəbiyyatın çəkisi cəmiyyətdə daha da artsın. On il əvvəllə müqayisədə xeyli irəliləyiş var, ədəbi imzalar tanınır, qəbul olunur, ictimai rəyə müəyyən qədər təsir imkanları var. Əvvəl bu, yox idi.

-Azərbaycanda qələm sahibnin qarşılaşdığı ən böyük problem nədir?

-Yazarların kitablarının nəşrinə dəstək olmaq lazımdır. Kitab yazıçı üçün çox böyük stimuldur, yazıçı öz məhsulunun oxucuya çatmasını istəyir. Qeyri-hökümət sektorunda çalışan insanların da marağını ədəbiyyata yönəltmək lazımdır. Onları yeni ədəbi layihələrə cəlb etmək olar. Bu maneələr aradan qaldırılmalıdır. ƏDV-nin ləğv edilməsi kitaba qarşı çox böyük dəstək olardı.

-Gənc yazarlardan həddindən artıq bəyəndiyiniz və ya sizi qıcıqlandıran yazar varmı?

-Bəyəndiyim imzalar var, Şəhriyar del Geraninin, Fərid Hüseynin, Könül Həsənqulunun, İradə Aytelin, Aqşin Evrenin, Cəlil Cavanşirin şeirlərini çox bəyənirəm, onların yazılarını da daim izləyirəm, oxuyuram. Məni qıcıqlandıran yazar yoxdur, bir də ki, niyə qıcıqlanmalıyam ki?

-Sonda romanınız haqqında da danışardınız.

-Sonuncu romanım “Fironun dəftəri” adlanır. “Yazı” jurnalında hissə-hissə çap olunur. Əsərin mövzusu haqda danışmaq istəmirəm. Maraqlananlar jurnalda oxuya bilərlər. Bu əsəri üç il müddətinə fasilələrlə yazmışam, ondan gözləntilərim daha çoxdur. İnanıram ki, maraqla qarşılanacaq.

Söhbətləşdi: Fatimə
Ölkə.Az

Yenililklər
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.