Beynəlxalq Tərcüməçilər Federasiyasının Bakıda keçirilən toplantısı başlayıb
29.03.15
Beynəlxalq Tərcüməçilər Federasiyası (BTF) Şurasının növbəti illik toplantısı bu gün Bakı şəhərində öz işinə başlayır. 29-30 mart tarixlərində keçirilməsi nəzərdə tutulan tədbirə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası ev sahibliyi edir. Tədbirə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi dəstək göstərir.
Beynəlxalq Tərcüməçilər Federasiyası Şurasının illik iclası ölkəmizin tərcümə tarixində keçirilən ən nüfuzlu beynəlxalq tədbirdir. Tədbirdə dünyanın müxtəlif ölkələrindən tərcümə təşkilatlarının rəhbərləri olan Şura üzvləri iştirak edir. İclasda BTF-in ötən ilki fəaliyyəti, cari il ərzində nəzərdə tutulan tədbirlər, prioritet istiqamətlər müzakirə ediləcək. Bundan başqa, qurumun komitələrinin hesabatları dinləniləcək, tərcümə ilə bağlı məsələlər, tərcüməçilərin maraqları və hüquqları barədə fikir mübadiləsi aparılacaq.
Xatırladaq ki, 4-6 avqust 2014-cü il tarixlərində Almaniyanın Berlin şəhərində keçirilən Ümumdünya Tərcümə Konqresində BTF-in Şurasının növbəti illik iclasının Bakı şəhərində keçirilməsi təklif olunub. Qeyd edək ki, tədbirin Bakıda keçirilməsi barədə 22 dekabr 2014-cü ildə qəbul edilmişdir.
Qeyd edək ki, AGTA 2014-cü ilin avqust ayından Beynəlxalq Tərcüməçilər Federasiyasının tamhüquqlu üzvüdür. AGTA sədri İsmayıl Cəbrayılov Beynəlxalq Tərcüməçilər Federasiyasının Şura üzvüdür.
Artpress.az
|