Bakıda 100 dəqiqə şeir oxuyacaqlar
16.03.15
Martın 20-də saat 15:00-da “Kapellhaus”da Birinci Bakı Beynəlxalq Poeziya Fesivalı çərçivəsində “100 dəqiqə şeir” adlı şeir axşamı keçiriləcək.
AYB-nin mətbuat xidmətindən verilən məlumata görə, şeir axşamında iştirak etmək istəyənlər dəvətnamələri bazar ertəsindən etibarən Tərcümə Mərkəzindən və AYB mətbuat xidmətindən əldə edə bilərlər.
Qeyd edək ki, proqram çərçivəsində türk şair Ataol Bəhramoğlu və gitara ustası Haluk Çətin də çıxış edəcək. Bundan başqa, şeir axşamında dünyanın bir çox şairləri öz şeirlərini səsləndirəcək. /axar.az/
|