34-cü İstanbul Film Festivalı aprelin 4-də başlayacaq
11.03.15
34-cü İstanbul Film Festivalı aprelin 4-də başlayacaq.
İstanbul Mədəniyyət Sənət Fondu tərəfindən təşkil edilən bu tədbir çərçivəsində Türkiyə və dünya kinomatoqrafının mükafat qazanmış əsərləri nümayiş etdiriləcək.
Ümumilikdə 62 ölkədən 200-dən çox kinolentin göstəriləcəyi festival iki həftə davam edəcək. Festivalın sonunda isə Milli və Beynəlxalq "Qızıl Lalə" mükafatının sahibləri elan olunacaq. Təşkilatçılat bildirir ki, bu il beynəlxalq "Qızıl Lalə" nominasiyasında 12 film mübarizə aparacaq. /Report/
|