Əlyazmalar İnstitutu Nəbatinin anadilli "Divanı"nın surəti əldə edib
10.03.15
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Seyid Əbülqasim Nəbatinin Təbriz Mərkəzi Kitabxanasında saxlanan anadilli "Divanı"nın surətini əldə edib. İnstitutdan verilən məlumata görə, 287 səhifədən ibarət olan Nəbati "Divanı"nın Təbriz nüsxəsində şairin Azərbaycan dilində yazdığı 12 qəsidə, 37 qəzəl, 50 rübai, 1 məsnəvi, 1 tərcibənd, 8 müstəzad, 1 müsəddəs, 11 dübeyt, 5 təkbeyt, 11 qoşma, 5 gəraylı, 5 təcnis, 1 müləmmə və farsca bir sıra şeirlər toplanıb.
Əlyazmada şairin əsərlərinin Bakı nəşrlərinə düşməmiş bir sıra şeirləri vardı. /APA/
|