Kişi yazarlar qadınları belə təbrik etdi
08.03.15

Kişi yazarlar 8 mart "Beynəlxalq Qadınlar Günü" münasibəti ilə qadınları təbrik edib. Xanımlara ürək sözlərini və arzularını çatdıran kişi yazarlar onlara bu sözləri "hədiyyə" edib.


Rəhim Əliyev: "Əziz qadınlar, qızlar, hamınızı təbrik edirəm! Sizdən yaxşı heç nə yoxdu!"

Qan Turalı: "Adəm darıxanda Tanrı qadını yaratdı. O gün bu gündü bütün darıxmaqlar qadınlarla başa çatır. 8 Martınız mübarək!!!"

Qulu Ağsəs: "Tanrı Göyləri yaratdı və dincəldi...
Tanrı Yerləri yaratdı və dincəldi...
Tanrı Kişini yaratdı və dincəldi...
Tanrı Qadını yaratdı və ...
O gündən nə Kişi, nə Yerlər, nə Göylər, nə də Tanrı dinclik tapır...
Yaradılanın ən mükəmməli - bayramın mübarək!!!"

Azad Qaradərəli: "Əslində ayrıca QADINLAR BAYRAMI düz deyil. Bu bayramı onlar bizsiz necə keçirə bilərlər? Biz ki, ONLARIN oğlu, qardaşı, atası və ən ümdəsi həyat yoldaşıyıq? Demək, bu bayram QADINLARA KİŞİLƏRİN BAŞ ƏYDİYİ GÜNDÜR, Axı cənnət də onların ayaqları altdadır.(Vallah elə cəhənnəm də! Onlar istəsələr bircə anda bizim həyatımızı cəhənnəmə döndərərlər.) Bir sözlə, bu gün hamının bayramıdır! Əziz QADINLAR! Hamılıqla bayramınız mübarək! Həyatımızı cənnətə çevirməkdə davam edin, lütfən!"

Firuz Mustafa: "Bütün qadınları 8 Mart bayramı münasibətilə təbrik edirəm. Bu da Bayram hədiyyəsi:

Sevin qadınları, ürəkdən sevin!
Anadır, bacıdır, yardır qadınlar.
Büllur sütunudur onlar hər evin,
Sərvətdir, dövlətdir, vardır qadınlar.

Sevin qadınları, sevin ürəkdən!
Qadınlar zərifdir güldən, çiçəkdən.

Sevinci bahardır, kədəri qışdır,
Qadın haqqı təndir Tanrı haqqına.
Qadınlar ilahi heykəltəraşdı,
Ruh verir, can verir yaratdığına."

Vüsal Nuru: "Ey azad qadın, azadlığın mübarək!"

Salam Sarvan: "İki dəfə olub ki, küçədə gəzəndə ürəyimin möhkəm sıxıldığını hiss eləmişəm. Biri Təbrizdə, biri də 5-6 ay qabaq rayonların birində. Sonradan bunun səbəbini anlamışdım. Təbrizdə bütün qadınlar çadralıydı - şəhər qadınsız görünürdü. Rayonların birində isə küçələrdə bircə nəfər də qadın gözə dəymirdi.
Bayramınız mübarək, xanımlar!"

Cəlil Cavanşir: "Bir dostum tez-tez deyir ki, "Qadınla da olmur, qadınsız da, biz onlara məhkumuq".
Düşünürəm, həqiqətən qadınsız bir dünya çox çətin olardı. Bütün əzabkeş, zəhmətə qatlaşan, məhrumiyyətlərə dözən, mübarizələrdə öndə gedən qadınlarımızın bayramını təbrik edirəm!
Küçədə asfaltın üzərində oturub dilənən, günahsız yerə şərlənib həbsxanada günlərini sayan, uzaq dağ kəndində odun kəsən, şəhərin məhrumiyyətli həyatında gecə-gündüz yoxluqlarla savaşan bütün qadınlar qiymətli, əziz və gözəldir!
Hər şeyə rəğmən qadın sevilməyə, əzizlənməyə və diqqətə layiqdir...
Dəyərli qadın dostlarım, oxucularım, əzizlərim! Hamınız qiymətlisiniz, özəlsiniz və dünyanın ən gözəl təbriklərinə layiqsiniz! Xoş günlər hər zaman sizin olsun!"

Rüstəm Behrudi: "Tanrım, bu bayram günündə gör ağlıma nə gəldi-mənə elə gəldi ki, göydən gələn nə varsa, hamısı mənə tanışdı və məni heyrətləndirəcək heç nə qalmayıb. Bu məni çox qorxutdu.

Ey Tanrım, poz yazdığın yazını bircə kərə,
Bəndəlikdən çıxarıb özgə tale yaz, Allah!
Dərvişlik istəmirəm, dərvişə xirqə gərək,
Çılpaq ruhum əbaya, xirqəyə sığmaz, Allah!

Ağac ildə bir kərə, mən hər gün puçup-puçur,
Dərd açıb, düzdüm onu tənhaların baxtına...
Öldür,kimə üz tutsam, nəyə sığınsam, uçur,
Ucalt məni ömürlük divanələr taxtına.

Bu taxtımda mən sənəm, qəbul et, etmə məni,
Ucalt məni bu taxta, sonradan istəsən yıx;
Mən səni çağırıram, ey Tanrım, səni, səni...
Mənim də bəndəmi gör-sonsuzluqda tənhalıq...

Bütün qadınları analıq mərtəbəsinə qaldır ,Tanrım!
Bayramınız qutlu olsun, analar!"

Kənan Hacı: "Bütün qadın yazıçılarımızı ürəkdən təbrik edirəm!"

Fərid Hüseyn: "8 marta Vaqif Səmədoğlunun ayrı-ayrı illərdə Nüşabə xanıma yazdığı beş şeiri oxumaqla başladım. Xanımlara sevilmək xoşbəxtliyi arzulayıram."

Mirmehdi Ağhaoğhlu: "Nə yalan deyim, tinim düz. Gecədən keçmiş gəlmişəm evə. Gördüm ki, yoldaşım 85 yaşlı, artıq nə yediyini, nə dediyini bilməyən nənəmin çarpayısı başında oturub onunla şirin-şirin danışır. Məqsədi qarının başını qatmaqdır: Toyun yadına gəlir? Necə olmuşdu? Kimlər gəlmişdi...
Kandarda dayanıb xeyli baxdım bu mənzərəyə- 11 uşaq doğub böyütmüş nənəmə və nəzakətlə onun qaydına qalan gəlinimizə.
Bax, budur mənim üçün Azərbaycan qadını. Sənin qabağında diz çöküb və əgər mümkünsə başımı dizlərinə qoyub ağlamayım nə edim, QADIN!
Bayramın mübarək olsun, qadın!""

Elnur Astanbəyli:

"Erkek:
- Tanrım, kadınları niye bu kadar güzel yarattın?
Tanrı:
- Aşık olasınız diye...
- Peki niye bazen aptal oluyorlar?
- Onlar da size aşık olabilsinler diye...

Xanımlar, bayramınız mübarək!"

Səxavət Sahil: "Dəyərini bilən qadın gözəldir. Bayramınız mübarək!!!"

Qeyd edək ki, 8 mart ənənəsinə görə qadınlar əks cinsin nümayəndələrindən diqqət, gül və hədiyyə gözləyirlər. 8 mart postsovet respublikalarında, habelə Anqola, Burkina-Faso, Qvineya-Bisau, Kamboca, Çin, Konqo, Laos, Makedoniya Respublikası, Monqolustan, Nepal, Şimali Koreya və Uqandada qeyri-iş günü sayılır.

BMT də 8 martı beynəlxalq qadınlar günü kimi tanıyıb.

Artpress.az


Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.