Bakıda şairi bıçaqladılar
06.03.15
Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə metronun "Qara Qarayev" stansiyası yaxınlığında
qeydə alınıb. 53 yaşlı Mübariz Məsimoğlu və yaxın qohumu şadlıq
evlərindən birinin qarşısında bıçaqlanıb. Yaralılar 3 saylı
Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata
görə, beş bıçaq yarası alan Mübariz Məsimoğlu əməliyyat olunub və
reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu
bildirilir. Şəxsiyyəti hələlik dəqiqləşdirilməyən digər yaralı isə bir
bıçaq yarası ilə xəstəxanaya daxil olub.
Şair Mübariz Məsimoğlu ilə birlikdə bıçaqlanan şəxsin adı məlum olub. 3 saylı Şəhər Klinik Xəstəxanasından verilən məlumata görə, bu, 55 yaşlı Cavanşir Əkbər oğlu Kazımovdur. Faktla bağlı hələlik saxlanılan yoxdur. Nizami Rayon Polis İdarəsindən bildiriblər ki, cinayəti törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. /APA/
|