“Səməd Behrəngi” ədəbi müsabiqəsnin qalibləri mükafatlandırıldı
03.03.15

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan Yazıçılar Birliyi və Diasporla iş üzrə Dövlət Komitəsinin birgə layihəsi olan litdiaspora.az-ın təsis etdiyi “Səməd Behrəngi” adına ədəbi müsabiqə iştirakçılarının mükafatlandırılma mərasimi keçirilib.
 
Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyi “Cənubi Azərbaycan” şöbəsinin rəhbəri Sayman Aruz qonaqları salamladıqdan sonra müsabiqə haqqında iştirakçılara məlumat verib: “Səməd Behrəngi Bütöv Azərbaycanın və türk dünyasının tanınmış yazarı, nasiri, publisistidir. Zəngin ədəbi irsi olan yazıçının əsərləri italyan, fransız, ingilis, türk dillərinə tərcümə olunub”.

Daha sonra müsabiqənin qaliblərinə mükafatları təqdim edən Türkiyə Respublikası Başnazirlik Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Azərbaycan nümayəndəliyinə təşəkkür edən Sayman Aruz onların Türkiyə-Azərbaycan ədəbi əlaqələrinin genişlənməsində, möhkəmlənməsində əvəzsiz xidmətlərindən söz açıb.

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid çıxışında Diasporla iş üzrə Dövlət Komitəsinə, TİKA-nın Azərbaycan nümayəndəliyinə layihəyə dəstək olduqları üçün təşəkkür edib: “Ümid edirəm ki, bu müsabiqə Bakıya bir Təbriz havası gətirəcək. Belə layihələrin həyata keçirilməsi böyük ehtirama layiqdir”.

“Bəşəriyyətin düşünən insanları – ədəbiyyat insanları arasında sərhəd olmamalıdır. Vahid mədəniyyət, düşüncə əsrlər boyu dəyişmir. Ədəbiyyat siyasi sərhədləri həmişə aşır. Bu mükafatlar ölkələr arasında sərhədlərin aradan götürülməsinə xidmət edir” – bu fikirləri tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi səsləndirib.

Türkiyə Respublikası Başnazirlik Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Asiya və Qafqaz üzrə nümayəndəsi Əli Öztürk və Azərbaycan təmsilçisi Mustafa Haşim Polad, Diasporla  iş üzrə Dövlət Komitəsinin nümayəndəsi yazıçı Günel Anarqızı, xalq şairi Söhrab Tahir çıxışlarında mükafat alanları təbrik ediblər, belə tədbirlərin mütəmadi olmasını arzulayıblar.

Səid Muğanlı, Ünal Kar, Elşad Barat, Reyhan Şıxlı, Sabir Nəbioğlu (ölümündən sonra), Esmira Fuad, Mərdan Əzimov, Səxavət Sahil, Mehman Qaraxanlı, Pərvanə Məmmədli, Mərdan Əzimov “Səməd Behrəngi” ədəbi müsabiqəsinin qalibləri seçiliblər. /ayb.az/

Yenililklər
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.