Fərid Hüseyn - Heminqueyə oxşayan Azərbaycan yazıçısı
03.03.15

Mübariz Örənin “Qar tanrısı” hekayəsi barədə.
 
Epiqraf (“Göylərdə sizinçün maraqlı heç nə yoxdur” - K.Abdulla) uğurludur, çünki hekayənin mahiyyəti ilə üst-üstə düşür və sonda əsərin ideyasını açır. Belədə mətn sanki sonda bir də ilk məqama qayıdır. Borxes bu üsulu “təkrarlanan çevrə” adlandırırdı. Orxan Pamuk da “Yeni həyat” romanında bu üsuldan istifadə edib. Yeri gəlmişkən, əvvəldə verilən işarə sonda tamamlanır: “Anna Karenina”da iki dəfə qatarın altına düşmə səhnəsini xatırlayın. Mübariz Örənin bu üsuldan (bilərəkdən və ya əksinə) istifadə etməsi artıq onun yazıçı kimi üstünlüyündən xəbər verir. Yaddan çıxmamış deyim ki, M.Örənin əsərlərinin dili, strukturu üzərində çox dayananlar unudurlar ki, o daha çox ideya yazıçısıdır.
 
 
“Klimancaro qarları” və “Qar tanrısı”
 
M.Örənin adı çəkilən əsərini oxuyanda Ernest Heminqueyin “Kilimancaro qarları” hekayəsini xatırladım. Hər iki hekayədən bir cümləyə nəzər salaq:
 
“Axı bu qarlı, sıldırımlı qayalarda azacıq səhv məhvə bərabərdir. İnsanı bu təhlükəyə, lüzumsuz riskə çəkən nədir?” (M.Örən “Qar tanrısı” hekayəsi )
 
“Kilimancaro – 19170 fut hündürlükdə yerləşən əbədi qarlarla örtülü uca dağ silsiləsi, Afrikanın ən yüksək nöqtəsidir. Masai qəbiləsinin sakinləri onu “Allahın evi” anlamını verən “Nqaye-Nqayanın qərb zirvəsi adlandırır. Zirvənin ən yüksək nöqtəsində soyuqdan donub qaxaca dönmüş bəbir cəsədi var. Nə idi bəbiri belə bir yüksəkliyə çəkib gətirən... (E. Heminqueyin “Kilimancaro qarları” hekayəsi).
 
Hər iki hekayənin ideyası, məncə, budur:
 
Zirvədən zirvəyə yol yoxdur, zirvədən ancaq eniş var.
 
Zirvədən zirvəyə yol olmadığına görə ora çıxan hər kəsi məyusluq gözləyir.
 
Zirvədə heç nə yoxdur, insanı göylərə çəkən (hansı mənadasa yüksəyə qaldıran) möhtəşəmliyin axırı təəssüfdür.
 
Hər görülən iş, “daha nələr edilməyib” sualı yaradır.
 
M.Örənin hekayəsində dediyim ideyaları axtarmağa ehtiyac yoxdur, çünki müəllif açıq mətnlə yazır: “Daha dəhşətli, daha dərin məyusluq pikdə haqladı onu: zirvədə heç nə yox idi! Onun ömrüboyu can atdığı zirvədə, nəhayət ki, çatdığı zirvədə heç nə yox idi”.
 
Mən inanıram ki, M.Örən E.Heminqueyin adı çəkilən hekayəsini oxumayıb, ancaq biz bilmədiklərimizin və oxumadıqlarımızın da təsirindəyik. Ona görə ki, insan və onu düşündürən suallar dəyişmir. Şəxsən mənə xoş oldu ki, Heminquey mövzusunda (tam mənada yox, aşağı-yuxarı) bizim yazıçımız da öz dərin mətləbini çözə bilib. Bacarıb. Əhsənül-əhsən!
 
Bənzərliklər:
 
İdeyalar tam yox, müəyyən mənada bənzərdir (Yuxarıda bu haqda danışmışam deyə “çənə zənguləsi”nə ehtiyac görmürəm).
 
Hər iki hekayə sonradan əsərin mahiyyəti ilə çulğaşacaq epiqrafla başlayır.
 
Kilimancaro Afrikanın ən ucqar qərb zirvəsidir, M.Örənin hekayəsində Elbrusun qərb zirvəsinin fəthindən söhbət gedir (bu bənzərlik həm də qaçılmaz hesab edilə bilər).
 
Hər iki əsər indiki zaman təhkiyəsi və həm də xatırlamalarla davam edir.
 
Hər iki əsər qalib insanın məğlubiyyəti barədədir.
 
Fərqlər:
 
M.Örənin hekayəsində öz sələfindən fərqli olaraq zirvə ucalmaq təkcə rəmzi mənada deyil, həm də real prosesdir. Burda zirvə təkcə karyera, mənəvi mənada yox, həm də real anlamdadır. Yoxsa bu əsəri mahiyyətcə aydın-aşkar “Martin İden”ə də bənzətmək olar. Martin ölümündən əvvəl Nitsşenin bu sözlərini xatırlayır: “Axı deyin görüm bütün bunların bir mənası varmı?” Heraklit isə deyirdi ki: “İnsanın arzusunun çin olması xeyirli əlamət deyil”.
 
M.Örənin hekayəsində açılan süjet, mahiyyətcə müəyyən bir məqamda birləşir, Heminquey isə yaddaş və hazırkı durumu paralel göstərilir.
 
“Qar tanrısı”nda təsvir edilən hadisələr daha böyük zaman kəsiyini əhatə edir.
 
E.Heminqueyin xəstə qəhrəmanı xəstəlik müddətində zirvədəki məğlubiyyəti başa düşür, M.Örənin qəhrəmanı isə o hissi ani olaraq keçirir.
 
M.Örən reallığa ironik çalar qatır, E.Heminqueydə isə nihilizm (“öldürürsən ki, hələ ölmədiyini, yaşadığını hiss edəsən”) son məqama qədər davam edir.
 
Bu hekayədə Adəm və Həvva əhvalatına, Promotey əsatirinə və digər mətnlərə başqa dünyəvi mətnlərlə də “qohum”luq əlaqələri var və yaxşı ki, bütün bunlar senton deyil, təbiidir.
 
Yeri gəlmişkən, M.Örən haqda bir məqamı vurğulayım: İndiyəcən 10 hekayə yazan Örənin heç bir hekayəsi bir-birinə bənzəmir, o sanki üslub yaratmağa yox, hər dəfə yeni üslub formalaşdırmağa çalışan bir yolda irəliləyir. İnanmayan son iki hekayəsinə (“Qar Tanrısı” və “İlıq”a baxsın. Heminquey də belədir, hətta hekayələr silsiləsi (“Qadınsız kişilər”) də fərqlidir. Bizdə hələlik mən bu cür yaradıcı qüdrəti tam mənada yalnız Rafiq Tağının hekayələrində görmüşdüm. İnanıram ki, M.Örən də bunu bacaracaq. /lent.az/
 

Yenililklər
17.01.22
İlhamə Dağlı - Tobıktıda günəş doğdu
17.01.22
Azad Qaradərəli: "AYB-dan uzaqda qalmaq, təbii çətinliklər yaradıb mənə"
15.01.22
Mübariz Örən Yaradıcılıq Fakültəsinə rəhbər təyin olunub
11.01.22
Gülnar Yunusova -  Fenomen Haruki Murakami 73 yaşında
11.01.22
Kənan Hacı - Vaxt pəncərəsi
11.01.22
Azad Qaradərəlinin hekayəsi Türkiyə saytında yayımlanıb
10.01.22
Nadir Əzhəri - “İsanın qadını” və qadın ifadəsinin keyfiyyəti
06.01.22
Kənan Hacının yeni kitabı çap olundu
30.12.21
Günel Natiq - Ayı dərisi 
29.12.21
“Qarabağ ilmələrdə” sənədli filminin təqdimat mərasimi olub
29.12.21
“Ulduz”dan oxuculara endirim
29.12.21
Hacı Zeynalabdin Tağıyevlə bağlı film çəkiləcək
28.12.21
Habil Yaşar - SMS
28.12.21
Eşqin Məmmədov - Bu il başqa arzum var, hədiyyə istəmirəm
27.12.21
Ramil Əhməd Türkiyədə qalib oldu
27.12.21
Yazıçı Varisin kitabı İranda nəşr edilib
27.12.21
Nemət Mətin - İsanın qadını və ya Səxavət Sahilin "Məhəbbət" obrazı
24.12.21
Azad Qaradərəlinin yeni kitabı çap olunub
23.12.21
İlin son "Ulduz"u nəşr olundu
23.12.21
Fərid Hüseynin İstanbulda imza günü oldu - Foto
23.12.21
Cavanşir Atəşi - Xalqının taleyinə günəştək doğulmusan!
20.12.21
“Leyli və Məcnun” dastan-tamaşası təqdim olundu
20.12.21
“Qobustan” sənət toplusunun qış nömrəsi işıq üzü görüb
20.12.21
“Salnaməfilm” studiyasında il ərzində bir sıra yeni sənədli filmlər çəkilib
20.12.21
“Uşaq Avroviziyası - 2021” müsabiqəsinin qalibi bəlli olub
20.12.21
Minsk şəhərində Nizami Gəncəvinin heykəli ucaldılıb
16.12.21
Küyülü Nəccari Səid - Atam
16.12.21
Üfüqdə hansı cərəyan görünür? - SORĞU
13.12.21
Səxavət Sahil - Əkrəm Əylisli, Axundov, Mirzə Cəlil, Sabir və Türk ədəbiyyatı
13.12.21
Mərahim Nəsib - Əllərim göy üzündə, dodağımda dualar
13.12.21
Bakıda 15-21 dekabrda Milli Kitab Sərgisi keçiriləcək
13.12.21
Azərbaycan Yazıçılar Birliyinə qəbul elanı
13.12.21
Koreya-Azərbyacan II Humanitar Forumunu keçirilib
13.12.21
Ləman L.R. - Susaq, sükutumuz danışsın
08.12.21
"Kitabi-Dədə Qorqud" italyan dilində
08.12.21
“Ərəb ədəbiyyatının ehramı Nəcib Məhfuz” kitabı çapdan çıxıb
08.12.21
Hüseyn Cavidin “Topal Teymur” pyesi rus dilində işıq üzü görüb
08.12.21
Tramp prezidentlik fəaliyyəti barədə kitab yazır
08.12.21
Azərbaycanın iki filmi beynəlxalq festivalda mükafat qazanıb
02.12.21
“Məhəmməd İqbal: Eşq və düşüncə şairi” kitabı nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.