Litdiaspora.az saytı hakerlərin hücumuna məruz qalıb
28.02.15
Litdiaspora.az saytı hakerlərin hücumuna məruz qalıb.
Dünya azərbaycanlılarının ədəbiyyat saytı olan Litdiaspora.az saytı hakerlər tərəfindən ələ keçirilib. Litdiaspora.az saytın rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin müdiri, şair Sayman Aruzun Artpress.az-a verdiyi məlumata görə sayt terror qrupu tərəfindən ələ keçirilərək dağıdılıb.
Onun sözlərinə görə hazırda sayta admin tərəfindən giriş mümkün deyil. Sayt "Abdellah Elmaghribi" şəxs və ya qrup adı ilə blok edilərərk ələ keçirilib.
Sayman Aruz hazırda Litdiaspora.az saytının fəaliyyətinin bərpa olunması ilə bağlı işlər aparıldığını da bildirib.
Qeyd edək ki, Litdiaspora.az ədəbiyat saytı Azərbaycan Yazıçılar Birliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə layihəsidir.
Artpress.az
|