Markesin arxivi fantastik qiymətə satıldı
27.02.15
ABŞ-ın Texas Unversiteti ədəbiyyat üzrə Nobel Mükafatı laureatı, kolumbiyalı məşhur yazıçı Qabriel Qarsia Markesin arxivini 2,2 milyon dollara alıb. Report xəbər verir ki, bu haqda universitetin nəzdində fəaliyyət göstərən Harri Rensom adına Humanitar Elmlər üzrə Araşdırma Mərkəzinin təmsilçisi bildirib.
Məlumata görə, universitet arxivə ödədiyi pulun miqdarını bir müddət gizli saxlayıb.
Kolumbiya və Meksika hökumətlərinin təmsilçiləri Texas Univerisitetinin arxivi almasına kəskin etiraz edərək, anlaşılmazlıq olduğunu bildiriblər: "Arxiv Markesin şikayət etmədiyi və tez-tez tənqid etdiyi ölkədə qalacaq".
Bununla belə, gəzən şaiyələrə əsasən, amerikalılar arxivi üçüncü əldən baha qiymətə alıblar. Yazıçının Meksikada yaşayan qohumlarının sözlərinə görə, arxivin dəyəri Texas Universitetinin xeyrinə müəyyən edilib. Bunun isə başlıca səbəbi həmin ali təhsil müəssisəsinin ədəbi materialların saxlanılması üzrə dünyada nüfuz sahiblərindən olmasıdır. /axar.az/
|