Cavid Zeynallı - Zahid Sarıtorpaq o ədəbiyyat adamlarındandır ki...
25.02.15

Bu misraları dünyanın hansı dilinə istəyirsən, tərcümə et, hansı adəm övladına verirsən, ver, vicdanı mürgülü, sözün hər üzünə bələd olan-olmayan; sizi inandırıram, eləcə bir ağızdan deyəcəklər: kim yazıbsa, zalım yaxşı yazıb, gözəldir, çox gözəldir:
 
 
Pəncərədən baxıram
görürəm həyətdə
kötüyə üzünü söykəyib yatmış
baltanın ağzı pırıl-pırıl oyaqdı
kötüyün üstünə düşmüş bir qırıq gün işığı
üşüyür baltanın ağzında
 
bir quş nə qədər eləyir qona bilmir
balaca bir qızın uzaqdan gələn gülüş səsinə
 
 
Bu misraları yazan bir ədəbiyyat sevdalı adamın romanından danışmaq istəyirəm sizə. Zahid Sarıtorpaq o ədəbiyyat adamlarındandır ki, çəkilib öz qınına, tədbirlərdə gözə dəyməz, məclislərdə görməzsən onu, toyda-yasda qənşərinə çıxsa da, tezcənə sivişər, bir də xəbər tutarsan, yoxdur. Hərdən adama elə gəlir, Sarıtorpaq ədəbiyyatın (sinfin) gözü eynəkli yaxşı oxuyan şagirdidir, heç kimə qoşulmaz, düz-düz məktəbə gedər, evə gələr. Bizim ədəbi mühit sevməz ki, belələrini...
 
Mən bu ədəbiyyat sevdalı adam haqqında ona görə belə yaşıma yaraşmayan ərkyanalıqla yazıram ki...
 
Bilən bilir. Təfərrüata nə hacət?! 
 
Zahid Sarıtorpaq ədəbiyyat sarıdan daxilən o qədər rahat adamdır ki! Bütün istedadlı adamlar belədir məncə...
 
 
***
 
“Dərdin sarı çəpkəni” Azərbaycan jurnalında çap olunub. Bəri başdan alıb oxumağınızı tövsiyə yox, arzu edirəm, istəyirəm.
 
Tutalım, sən, əziz oxucu, bir səhər yuxudan durursan ki, ey dadi-bidad, hər tərəf sapsarıdır. Adamın əti ürpəşir. Arvadının üzünü zəfəran rəngdə seçirsən, oğlun limon suyunun rəngindədir.
 
Qızın Quba almasının içi.
 
Xəzər mərci şorbasına oxşayır.
 
Evlər elə bil açıq və tutqun rəngli cilasız kəhrəbadan tikilib.
 
Kərə yağı, iydə çiçəyi, nərgiz gülü, şamama, Kürdəmir yemişinin qabığı, Cərco yemişinin içi...
 
Bu gözəl və dəqiq bənzətmələr “Dərdin sarı çəpkəni” romanında elə zərgər dəqiqliyi və istedadla işlənib ki, adam yazıçının fantaziyasına mat qalır: bu ölçü-biçi hardandır?!
 
“Deməli, getdi dünyanın dadı-ləzzəti... İndi farağat yaşa daha, ay adı it dəftərində də olmayan qondarma fəlsəfə doktoru! Heç yana burcudub eləmə! Uşaqlara da qətiyyən demək olmaz, fikir eləyərlər... Səhərlər südü qaynadıb stəkana tök və aralıdan bax, elə biləcəksən "fanta"dı buğlanır – çaşma ha... Yumru düyünü südə töküb sıyıqdan-zaddan bişir ye – zəfəran, sarıkök vurmasan da olar, onsuz da sapsarı olacaq, kef elə getsin...”.
 
Zahid Sarıtorpağın nəsrində oxucunu arxasınca aparan ən üstün keyfiyyətlərdən biri məhz qəhrəmanına istehza ilə yanaşması, məqamı gələndə ona lağlağı edib ələ salmağı, sosial statusundan, mübtəla olduğu dərddən asılı olmayaraq, obrazın içindəki diriliyi ustalıqla göstərmək bacarığıdır. Məncə, bu keyfiyyət nəsr üçün vacibdir və ütülü qəhrəman yaratmağın zamanı çoxdan keçib desəm, yanlış anlaşılmaram.
 
Fəlsəfə doktoru Bulud müəllimin dərdindən balaları xəbər tutan kimi zavallı atanın xəstəliyi ilə alver edir, özlərini günə çıxarmağa çalışsalar da, əslində bu kapitalist iştahası onları məhvə sürükləyir. Xəstəliyin girdabında çabalayan adamın dərdini müəllif uzun-uzun səhifələr oxucudan gizlətdiyi kimi mən də bu kiçik yazıda onu açıb ağartmaq istəmirəm, ən gözəli romanı alıb oxumaqdır.
 
Kapitalizmin amansız qanunları ilə tərbiyə alan insan atasının sağlamlığını belə satışa çıxarır.
 
Zahid müəllim azsaylı müəlliflərdəndir ki, onunla nəsr dili məsələsində döş-döşə gəlmək hər oğulun işi deyil. Onun söz ehtiyatından ancaq nəsə çırpışdırmaq olar. Başqa sevdalara düşmək bekara işdi.
 
***
 
Mən çox istərdim ki, Zahid Sarıtorpaq romanı kitab şəklində çapa verəndə əsərin adı, sonluğu və fəlsəfə  professorunun oğlunun Suriyaya döyüşməyə getməsi məsələsi haqqında bir daha düşünsün.
 
Lap düzü, bir az ərk və dost ədası ilə deyə bilərəm: mütləq dəyişdirsin!
 
Şərif Ağayar “Dərdin sarı çəpkəni” haqqında bir yazı yazıb və əslində, demək istədiklərimi məndən qabaq deyib. Düzü, artıq nəsə yazıb dostumuzu təkrar etmək istəmirəm.
 
Əsər haqqında hətta sərt tənqid yazsaydım, inanın, bəzi istedadından nagümanlar kimi Zahid Sarıtorpaq bunu özünə dərd eləməzdi. Lap başda demişdim axı, Sarıtorpaq ədəbiyyat sarıdan daxilən o qədər rahat adamdır ki! Bütün istedadlı adamlar belədir, məncə.
 
 Daha doğrusu, bütün ədəbiyyat sevdalı istedadlı adamlar... /kulis.az/

Yenililklər
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.