Nigar Nazimqızı - Dünya dağılır, xəbərimiz də var!
24.02.15

Deməli belə!!! Qar yağdı, dollar qalxdı, qiymətlər də qalxdı, təcavüzlərin sayı günü-gündən artir. Axı axırımız hara gedir? ``Cənnətə``...

 Bir neçə gün əvvəl Bakıya qar yağdı. Yenə aləm dəydi bir-birinə. Yollar bağlandı, qəzaların sayı birə-beş artdı, sular dondu, işıqlar söndü, bir sözlə həyat ``iflic ``oldu. Bütün maşın ustaları evlərində bayram etdi, qonaqlıq verdi ki, sabahdan iş var, o ki var əzik maşın gələcək. Bəs nə oldu Bakı şəhəri yaydan bəri qışa hazır idi, bütün texnika ``start`` vəziyyətdə dayanmışdı? Şəhərdə yollar qənaət-bəxş idi. Nə oldu bəs, hara getdi sizin texnikanız, işçiləriniz?

Kimi aldadırsız? Bizi? ...

Şənbə günü, axşam saatlarında dollar qalxdı ``kəllə-çarxa``. Heç bir açıqlama verməyi də lazım bilmədilər. Buda belə getdi. Gecə marketlər bağlandı, qiymətlər dəyişdirildi, yeni məzəndə ilə hesablanıb ``yapışdırıldı piştaxtalara ``Çörəyi 50 qəpiyə satan marketlər vardı hətta. Soruşandakı ``ay qardaş dollar cəmi 12 saat deyil e qalxıb, siz nə tez qaldırdız qiymətləri? Deyirki -` ` bilirsiz vallah un dünən bitdi, səhər 5-də təzə ``kurs``nan un almışıq. Cəfəngiyat!!!

 Yenə sakit durduq, ela bil belədə olmalıdı. Bu qiymət artımı əhaliyə pis təsir elədi marketlər açılan kimi cumdular marketə. Yekə səbətləri götürüb, lazımlı-lazımsız ``ucuz`` nə tapdılarsa atdılar səbətə. Ən çox məni güldürən isə bir qadın oldu, elə bil dünyanın sonudur, səbətə o qədər lazımsız, böyük-balac, əşya və qida məhsulu yığmışdı ki, özü səbətin arxasından görsənmirdi. Hələ yoldaşına da deyirdiki ``ay kişi  üç ketçup azdı, dörd-beşini götür, bilmək olmaz qiymətləri yenə qalxızarlar``. İstədim yaxınlaşam deyəmki; ``ay xala o 4-cü, 5-ci ketçup siz yeyənə kimi xarab olacaq, yenisini təzə qalxmış qiymətlə alacaqsınız, yəni israfçılığa yol verirsiz, indidən bu qədər almaq axı nəyə lazımdır?!`` Amma demədim, niyə demədim? Axı nəyimə lazımdır, kim nəyi deyirki, kim nə danışırki məndə danışım? Atalarımızın sözünə əməl edirik ``susmaq qızıldı``...

...Və neçə gündür ki gündəmdən düşməyən mövzu ``Qadın təcavüzü``. Deyirəm dünyanın gəl-ha-gəl vaxtıdır. İnsanlar vəhşiləşib. Axı bir incə məxluqa necə güc gəlib, əl qaldırmaq olar? Ay insanlıqdan çıxan məxluq, sən bu hərəkətlə nə demək istəyirsən? Və ya nə əldə elədin? Və yaxud da nəyi sübut elədin? ``Na kişiliyini``? O qadına tecavüz edən ``kişicikləri`` toplayıb verəsən zooparka erkək heyvanlara ``həyat yoldaşı`` olsunlar,  bilirəm bu söz bir çoxlarının  ürəyindən tikan çixartdı. Oh... olsun onlara. Bəzi ağzı-göyçəklər isə günahı qadınlarda görür ki ``qadın geyinib -keçinməsin və ``kişi``lərin də beyni çönməsin. Sözüm bu kəlməni deyənlərədir  -``əgər bir ``kişi`` öz nəfsinə sahib çıxa bilmirsə, özünü idarə edə bilmirsə, mənlik- qüruru qoyuram bir kənara ki , (olanlar bunu həyatda etməz), evdə bir həyat yoldaşı, qızı, bacısı və ən əsası da anası olduğunu unudan bişərəf, vicdansız, binamus hansısa təmiz , pak, namuslu bir qıza təcavüz edib, həyatını məhv edir, Siz də deyirsiz ki günah qızlardadır ki, onlar baxımlıdır, qaşəngdir. Onda gözü ilişib saatlarla ağzının suyu axa-axa bir qızın ardınca baxanın qabağına ``eşşəy``ə  ətək giyindirib buraxasan gözünün qabağına, görüm nə edəcək?!

Həqiqətəndə dünyanin sonu yaxınlaşır... Və biz bunu görürük lakin danışmırıq. ``Mənası yoxdur,onsuzda bizi dinləyən kimdir `` deyib bir-birimizi yola veririk, amma bir yerdən başlamaq lazımdı, belə olmaz,nəsə eləmək lazımdır, amma biz sözə baxanıq ``Atalarımız ``deyib axı ``Susmaq qızıldı``...

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.