Türkiyənin məşhur sənətçisi Bakıda
24.02.15
Türkiyənin məşhur sənətçisi Özcan Deniz çəkdiyi “Sevimli tehlikeli” filminin baş qəhrəmanları - Şükrü Özyıldız və Ayça Ayşin Turanla birgə Nizami Kino Mərkəzində keçiriləcək qala–gecəsinə qatılmaq üçün Bakıya gəliblər.
Əvvəlcə şəhərin mərkəzi küçələrini gəzən qonaqlar eksklüziv müsahibə veriblər.
İlk dəfə film rejissoru kimi böyük bir məsuliyyəti üzərinə götürən Özcan Dəniz “Sevimli tehlikeli” filminin Azərbaycan tamaşaçısı üçün maraqlı olacağına inandığını söyləyib.
Filmin baş qəhrəmanları Şükrü Özyıldız və Ayça Ayşin Turan Bakıda ilk dəfədir olduqlarını və şəhəri çox bəyəndiklərini dilə gətiriblər.
Qeyd edək ki, Özcan Denizin romantik komediya janrında çəkdiyi “Sevimli tehlikeli” filmi Nizami Kino Mərkəzində “Af Media” şirkəti ilə birgə təqdim olunacaq. /AzərTAc/
|