Etimad Başkeçid - Tərcümə sənətinin mövcud problemləri
24.02.15

“Tərcümə sənətinin mövcud problemləri”dir.  Etimad Başkeçidin məruzəsini təqdim edirik.
 
Öncə qeyd edək ki, tərcümənin müasir problemləri haqqında söhbət o qədər geniş mövzudur ki, onu bir yazıda, hətta bir dəyirmi masa və ya konfrans çərçivəsində əhatə etmək mümkün deyil.
 
Alimlərin də etiraf etdiyi kimi, “tərcümə təlimlərinin tarixi, çoxəsrlik tərcümə praktikasının kritik təhlili və dəyərləndirmələri “əbədi” tərcümə problemlərinin, tərcümədə dəqiqliyin, dürüstlüyün, tam adekvatlığın və s. permanent müzakirələri ilə doludur”. Üstəlik, tərcümə sənətinin ümumi problemlərindən savayı, ayrı-ayrı ölkə tərcüməçilərinin üzləşdiyi spesifik, həlli vacib məsələlər də vardır və mən fikri məhz bu problemlərin üzərinə gətirmək istərdim.
 
Zəruri qeyd: biz “Tərcümə – qadın kimidir: dürüstdürsə gözəl deyil, gözəldirsə dürüst deyil” klişesindən çıxış etsək, heç bir məsələ ətrafında ortaq məxrəcə gələ bilməyəcəyik. Çünki bu iddia sonrakı bütün müzakirələri lazımsız edir. Bu müzakirələr olmadan isə, hər şey hələ uzun illər olduğu kimi qalmağa məhkumdur.
 
Əvvəla, mətləbə o qədər dəxli olmasa da, tərcümə sənətinin tədris olunduğu universitetlərdə təhsilin səviyyəsini günün tələblərinə uyğunlaşdırmaq lazımdır. Çünki, işlər bu şəkildə davam etsə, diplomlu, tərcümə nəzəriyyəsindən bəlli ölçülərdə xəbərdar olan, amma tərcümə eləyə bilməyən bütöv bir “tərcüməçi”lər nəsli yetişəcək. Universitetlərdə praktiki tərcümə ön plana çıxarılmalıdır.
 
Tərcümə sənətinin praktiki problemlərinə gəlincə… Bizdə yarıtmaz tərcüməni çox zaman problemli məsələlər ətrafında ümumi qənaətlərin olmaması ilə izah etmək cəhdləri baş alıb gedir. Halbuki, tərcümə mətninin dəyərləndirilməsi, keyfiyyətinin yoxlanılması ilə bağlı kifayət qədər konkret kriteriyalar mövcuddur və bunları gözardı etmək mümkün deyil. Birincisi, tərcümə mətni orijinala adekvat olmalıdır. Yəni, orijinalın cümləsindəki informasiya tərcümə mətnində bütünlüklə öz əksini tapmalıdır. Baxmayaraq ki, dini, spesifik mədəni qavramlar və frazeoloji birləşmələr xüsusilə çətin tərcümə olunur. Məsələn, ərəblərin gözəl qadını dəvəyə oxşatmasını Azərbaycanlı oxucu yalnız ironiyayla qarşılaya bilər.  İkincisi, tərcümədə şəffaflıq məsələlərinə xüsusi diqqət yetirilməlidir.
 
Tərcüməşünaslıqda “şəffaflıq” deyərkən, tərcümə mətninin sanki bu dildə yazılıbmış kimi təəssürat oyatması nəzərdə tutulur. Bundan başqa, tərcüməçi müəllifin üslubunun, yazı manerasının saxlanılmasının qeydinə qalmalıdır. Heç kəsə sirr deyil ki, bir tərcüməçinin bir neçə müxtəlif yazıçıdan elədiyi tərcümələrin hamısı eyni adamın qələmindən çıxmış kimi görünür. Bu azmış kimi əsərlərdəki bütün personajlar robot kimi eyni ahəngdə, eyni leksikadan istifadə etməklə danışırlar, halbuki belə şeyləri heç bir yazıçı özünə rəva görməz. İndiki halda bəzən elə tərcümə mətnlərinə rast gəlirsən ki, orijinalın formal strukturunun bir başqa dildə verilməsindən başqa bir şey deyil. Nəticədə sözlər və cümlələr arasında məntiqi bağların qurulmasına belə kifayət qədər diqqət yetirilmir. Odur ki, belə mətnləri, olsa-olsa, hərfi və ya sözbəsöz tərcümə, yaxud linqvistik tərcümə kimi qəbul etmək olar. İstənilən halda bədii tərcümənin kriteriyalarına cavab verən tərcümə mətni başqa prinsiplər əsasında qurulur.
 
Azərbaycan tərcüməçiliyinin qarşısında duran ən böyük problemlərdən biri də vasitəçi dildən istifadə, yəni ikinci dildən edilən tərcümələrlə bağlıdır. Artıq dünyada qəbul olunmuş qaydalara görə vasitəçi dildən edilən tərcümələrin qüsurlarını sadalamaqla qurtarmaz. Buradakı təbəddülatları rus tərcüməçilərinin aşağıdakı fikri çox yaxşı ifadə edir: Şekspiri müasir ingiliscədən rus dilinə tərcümə etdikdə, orijinaldan yalnız “ş” hərfi qalır. Hələ bu, Şekspirin əsərlərinin, əski ingilis dilindən müasir dilə uyğunlaşdırıldıqdan sonra, ruscaya tərcüməsinin doğurduğu effektdir. İndi ayrı-ayrı dil qruplarına aid əsərlərin ikili tərcüməsindən sonra meydana çıxan mənzərəni özünüz düşünün. Başqa bir problem də dilimizdə olmayan sözlərin tərcüməsi ilə bağlıdır. Məsələn, podnojka, vklyuçatel, krılo və s. kimi. Belə sözləri, adətən, hərə öz bildiyi kimi tərcümə edir və ya ümumiyyətlə tərcümə etmir. Belə sözlərin unifikasiya edilmiş tərcümə formaları haqqında dilçilik institutu və tərcümə cameəsi birgə iş aparmalıdır.                                                                                                                                           
 
Orijinaldakı realiyaların və bu realiyaları ifadə edən vahidlərin adekvat sözlərlə tərcüməsi üzərində baş sındırmaq istəməyən tərcüməçilərimiz bəzən bir cümləni beş cümləylə tərcümə edirlər ki, bu da tərcümə mətninin orijinaldan fərqli həcmdə meydana çıxmasına gətirib çıxarır. Normalda isə, orijinalla tərcümə mətninin həcmi arasındakı fərq çox cüzi olmalıdır – təxminən bir-iki faiz civarında. /kulis.az/

Yenililklər
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.