“Əli və Nino” filminin yaradıcı heyəti ilə mətbuat konfransı keçirilib
23.02.15

Fevralın 24-dən dünyada bestseller olan “Əli və Nino” romanı əsasında eyniadlı filmin çəkilişləri başlayır. Bu münasibətlə fevralın 22-də Heydər Əliyev Mərkəzində “Əli və Nino” filminin yaradıcı heyəti ilə mətbuat konfransı keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, filmin icraçı prodüseri Leyla Əliyeva mətbuat konfransında iştirak edib.

AzərTAc xəbər verir ki, mətbuat konfransında çıxış edən Leyla Əliyeva layihə haqqında danışaraq, bu gündən uzun səyahətin sonuna yaxınlaşdıqlarını, “Əli və Nino” filminin çəkilişlərinə hazırlıq işlərinin başa çatdığını bildirib.

Leyla ƏLİYEVA deyib: “Mən çox sevinirəm ki, biz bu səyahətin sonunda məhz bu layihənin həyata keçirilməsinə nail olduq. Hər birinizi Bakıda görməkdən çox məmnunam və çox sevinirəm ki, biz “Əli və Nino” kimi gözəl, epik bir məhəbbət hekayəsinin bu gün filmə çevrilməsində iştirak edirik. Mən “Əli və Nino” əsərini dəfələrlə oxumuşam və onu ilk dəfə oxuyanda hiss etdiyim həyəcan indiyədək xatirimdədir. XX əsrin əvvəlində yazılmış bu əsər Azərbaycanın o dövrdəki insanlarını, məkanlarını aydın şəkildə təsvir edir. O, bu gün – 100 il sonra da əks-səda doğuran sevgi hekayəsini canlandırır. Çox şadam ki, film məhz Bakının küçələrində, İçərişəhərdə, Opera və Balet Teatrında, Qobustanda, Xınalıq dağlarında – əsərdə təsvir olunan yerlərdə çəkiləcək.

Düşünürəm ki, Azərbaycan qədim ənənələr ölkəsidir. Avropa və Asiyanın qovuşuğunda yerləşərək tolerantlıq və dialoqun nümunəsidir.

Mən bu istedadlı aktyorları və çəkiliş heyətini Bakıda salamlamaqdan məmnunam. Əminəm ki, onların köməyi ilə biz bu unudulmaz hekayəni canlandıra biləcəyik. Hamıya uğurlar arzu edirəm”.



X X X



Filmin quruluşçu rejissoru Kris TİKYER Heydər Əliyev Fonduna və Fondun vitse-prezidenti Leyla Əliyevaya layihənin reallaşdırılmasına göstərilən dəstəyə görə minnətdarlığını bildirib. Qeyd edib ki, film üçün yaxşı ssenari, beynəlxalq səviyyədə möhtəşəm komanda, çəkiliş üçün gözəl məkanlar və güclü çəkiliş heyəti var. Bu layihə bizim üçün sonsuz dostluq mənbəyi olmuşdur.



X X X



Sonra jurnalistlərin sualları cavablandırılıb.

Filmin ssenari müəllifi “Academy Award®” mükafatı laureatı Kristofer HEMPTON əsərdə olduğu kimi, filmdə də Azərbaycanın müstəqillik uğrunda mübarizəsinin əksini tapacağını vurğulayıb. O deyib: “Kris mənə bu kitabı göndərməmişdən əvvəl bu əsərlə tanış deyildim. Mənim üçün çox maraqlı bir əsər oldu. Əlbəttə ki, mürəkkəb məqamları var və bu mürəkkəbliyinə görə də mən razılaşdım. Biz həmkarım Asiflə çalışdıq ki, əsərə sədaqətli qalaq. Çalışaq ki, filmi məhz orijinala uyğun çəkək. Filmdə, sözsüz ki, Azərbaycanın o dövrdə müstəqillik uğrunda mübarizəsini də əks etdirməyə çalışacağıq. Düşünürəm ki, məhz o dövrdə neft bumu və bu gün ölkənin inkişafı bu əsərin daha aktual film olması üçün şərait yaradır”.

Heydər Əliyev Fondunun vitse-prezidenti və filmin icraçı prodüseri Leyla Əliyeva diqqətə çatdırıb ki, ekran əsərində bu mübarizənin ölkəmiz üçün nə qədər vacib olduğu nümayiş etdiriləcək, eyni zamanda, tamaşaçılar gözəl məhəbbət hekayəsinin şahidi olacaqlar. O deyib: “Niyə məhz bu kitab? Düşünürəm ki, bu kitab əsas etibarilə Azərbaycanın müstəqilliyinin nə qədər vacib olmasını əks etdirir. İkinci səbəb də odur ki, bu, çox gözəl, epik bir məhəbbət hekayəsidir”.

Filmin rejissoru, “BAFTA” (Britaniya Film və Televiziya İncəsənəti Akademiyası) mükafatı laureatı Asif KAPADİA bildirib ki, filmin çəkilişində iştirak edən hər bir kəsi maraqlı sərgüzəştlər gözləyir. Rejissor bildirib: “Bəli, film uğur qazanacaq. Əlimdən gələni edəcəyəm ki, bu, müvəffəqiyyətli bir layihə olsun. Məncə, hər zaman gözəl hekayənin müvəffəqiyyətlə filmə çevrilməsi onun əsas elementlərinin yerində olması ilə bağlıdır. Düşünürəm ki, bu əsərin ekranlaşdırılmasında gözəl heyət, mühüm və vacib rol oynayan aktyorlar, məkan və mənzərə mövcuddur. Bu elementlər varsa, düşünürəm ki, digər problem olmayacaq və biz uğur qazanacağıq. Əsas qəhrəmanı yaradacaq Adam Bakrinin gənc və istedadlı olması barədə iki il əvvəl Kannda olarkən eşitmişdim. O zaman onu tapmağa çalışdım. Biz onunla Los-Ancelsdə görüşdük. Maria ilə, səhv etmirəmsə, dörd ay bundan əvvəl Londonda görüşmüşdük. O zaman biz artıq əsas qəhrəmanın rolunu oynayacaq aktrisanı axtarırdıq. Səhv etmirəmsə, ilk görüşdüyüm aktrisa elə Maria oldu. Bundan sonra bir neçə aktrisa ilə görüşsəm də, qərarımı əminliklə Marianın üzərində saxladım”.

Filmdə Əli obrazının ifaçısı Adam Bakri artıq Azərbaycan dilini öyrənməyə başladığını deyib. “Mən çox xoşbəxtəm ki, buradayam” sözlərini Azərbaycan dilində söyləyən aktyor deyib: “Artıq bir neçə aydır ki, biz buradayıq. Düşünürəm ki, layihənin sonunda ölkəni tərk etmək bizim üçün çox çətin olacaq. Biz artıq bu ölkəyə çox öyrəşmişik”.

Nino obrazını canlandıracaq Maria Valverde “Əli və Nino” əsərinə olan sevgisindən danışıb. Bu əsərin ekranlaşdırıldıqdan sonra da hamı tərəfindən seviləcəyinə ümidvar olduğunu bildirib. Maria Valverde vurğulayıb: “Mənim üçün Nino obrazını canlandırmaq çox böyük bir şərəfdir. Mən əsəri oxudum və çox xoşuma gəldi. Düşünürəm ki, bu rolu uğurla ifa etməyim çox mühüm bir layihənin reallaşması olacaq. Artıq uzun müddətdir ki, Adam Bakri və Asif Kapaida ilə bir yerdə çalışırıq. İşimiz çox məhsuldardır. Ümid edirəm, mən bu əsəri sevdiyim kimi, ekranlaşdırıldıqdan sonra filmi tamaşaçılar ikiqat sevəcəklər”.

Filmin aktyor heyətinə dünyanın məşhur kino ulduzları Mendi Petinkin və Konni Nilson da daxildir. Onlar filmdə Ninonun valideynlərini canlandıracaqlar.

Aktyor heyətinə Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Assad Buab, Numan Akar və Halit Ərgənç də daxildir.

Müəllifi Qurban Səid olan “Əli və Nino” romanı XX əsrin orijinal əsərlərindən biri hesab olunur. İlk dəfə 1937-ci ildə alman dilində çap olunmuş bu əsər 33 dilə tərcümə edilib, 100 dəfədən çox nəşr olunub.

Filmin çəkilişi üçün quruluşçu rəssam Karlos Konti, quruluşçu operator Gökhan Tiryaki, geyim dizayneri Mişel Klepton və redaktor Aleksandr Berner daxil olmaqla dünya səviyyəsində bir komanda formalaşıb.

Filmin beynəlxalq satış məsələləri “IM Global” şirkətinə həvalə olunub. /AzerTAc/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.