Azərbaycanda milli ədəbiyyatın inkişafına dəstək məqsədi ilə Hədəf Nəşrlərinin təsis etdiyi “Anamın Kitabı” Ədəbi Mükafatının pyes müsabiqəsi bu il ikinci dəfə keçiriləcəkMüsabiqənin Təşkilat Komitəsi əsərlərin mətni üçün işarə sayı məhdudiyyətini ləğv etdi
Layihənin ideya müəllifi filologiya elmləri üzrə fəlsəfə doktoru Şəmil Sadiq, müsabiqənin Münsiflər Heyətinin sədri isə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylidir. Münsiflər Heyətinin digər üzvlərinin adı isə mükafatlandırma zamanı açıqlanacaq.
Layihənin rəhbəri Müşfiq XANın verdiyi məlumata görə bu il ikinci dəfə keçiriləcək müsabiqə fevral-avqust aylarını əhatə edəcək. Mükafatlandırma isə bu ilin sentyabr ayında təşkil olunacaq.
”Anamın Kitabı” Ədəbi Mükafatının pyes müsabiqəsinə əsərlərin qəbulu haqqında
1. Müsabiqəyə yalnız pyes əsərləri qəbul edilir.
2. Əsərlərin mətni üçün işarə və pərdə sayı məhdudiyyəti yoxdur.
3. Müsabiqədə iştirak etmək üçün maksimum yaş həddi – 40 yaşdır.
4. Mövzu seçimi – sərbəst. Ədəbi mükafatın ideya və nizamnaməsi nəzərə alınmalıdır.
5. Əsərlərin qəbulu
Başlayır: 21 fevral 1015 – Beynəlxalq Ana dili Günü
Bitir: 1 may 2015 (saat 22:00)
6. Ekspertlər Şurası fəaliyyəti
1 may 2015 – 31 may 2015
EŞ-nın seçəcəyi əsərlərin sayına məhdudiyyət yoxdur. Seçilən əsərlər Onlayn səsverməyə çıxarılmaqla yanaşı, Münsiflər Heyətinə təqdim olunur. Onlayn səsvermənin nəticələri MH-nin qiymətləndirməsinə təsir etmir.
7. Münsiflər Heyətinin əsərləri qiymətləndirməsi: 5 iyun 2015 – 5 avqust 2015
8. Onlayn səsvermə: 5 iyun 2015 – 5 avqust 2015 (saat 22:00)
9. Müsabiqəyə yekun vurulması və qaliblərin elan olunması
1 avqust 2015 – Azərbaycan dili və Əlifbası günü
10. Mükafatlandırma 2015-ci ilin sentyabr ayında keçiriləcək.
Mükafatlar
I yer noutbuk, II yer planşet, III və IV yer netbuk.
Müsabiqə üçün əsərləri
[email protected] ünvanına göndərmək lazımdır. Əsərlər göndərilərkən əlavə bir faylda aşağıda göstərilən məlumatları mütləq qeyd etmək lazımdır:
a) Müəllifin adı, soyadı, atasının adı
b) Müəllifin telefon nömrələri (mobil və ev), yaşadığı ünvan
c) Müəllifin doğum tarixi
d) Müəllifin e-poçt ünvanı (*varsa, fb ünvanı)
e) Müəllifin ədəbi təxəllüsü (*əgər varsa)
Göstərilən məlumatlardan hər hansı biri qeyd olunmayan əsər müsabiqəyə buraxılmayacaq.
Əsərlərin məzmunu, redaktə və korrektə xətaları ilə bağlı məsuliyyəti yalnız müəllif daşıyır.
Təşkilatçılar: AR Mədəniyyət Nazirliyi Dövlət Gənc Tamaşaçılar Teatrı, Kitabevim.az kitab mağazaları şəbəkəsi
İnformasiya dəstəyi: Senet.az ədəbiyyat və sənət dərgisi
Sponsorlar: Soliton, Hədəf Kursları, Medica Hospital
Rəsmi facebook səhifəsi: www.facebook.com/AnaminKitabi