Cavanşir Muradov - Dəniz
19.02.15
Artpress.az gənc yazar Cavanşir Muradovun "Dəniz" hekayəsini təqdim edir.
İndi yalnız 2 şey haqda düşünürdü. Ya öüb məhv olacaqdı,yada yaşayıb əzab çəkəcəkdi. Ölümdən sonra həyatın olmadığına inandığı üçün 2-ci yolu seçdi. Gözlərini qapayıb bakirə qadınları ağuşuna alan dənizin ləzzətdən çixan nəfəsini saçlarını dağıtdığını hiss etdi, və bir anlıq...
Dik şlapalı kişilərə ehtirasla baxan qadınlara tamaşa edən Eyfel qülləsi, sanki həmin kişilərlə prinsipə girərək şux qamətdə dayanmışdı. Dünyada adı ilə məşhur olan fransız ətirləri, qadınların boğazlarından qoxulanaraq, kişiləri ehtiras rəqsinə dəvət edirdi.
Artıq saat 12-ni çoxdan keçmişdi. Parisin küçələri adam yoxluğundan matəm elan etmişdi. Tənhalıq dənizində fırtınaya düşmüş gəmi kimi idi. Gözlərini bir nöqtəyə zilləyərək, bütün bəşəriyyyətdən qisas almaq üçün intiqam marşı sədasında ilhamlanırdı. Amma nə fayda...
Sakit addımlarla qapını açdı. Soyuq divarlar onun həmdəmi idi yalnız əlinə qələmi alıb divara nəsə yazdı... Sonra dərindən ah çəkərək, -Artıq hər şey məlumdur...dedi, - və evdən çıxıb həminki qayaya qayıtdı. Bakirə qadınlarla vaxt keçirmək üçün özünü boşaldıb şarappıltı ilə suya qərq oldu. Və ondan bir daha nə xəbər gəldi nədə səs sonra indi mənə bir şey maraqlıdı. Görəsən həmin dənizdəki bakirələrdən uşağı varmı?
|