Əlisa Nicat - Kafkanın gündəlikləri
16.02.15

Nitşe ilə bərabər mənim ikinci müəllim və tərbiyəçim şübhəsiz ki, Frans Kafkadır. Əgər Nitşe mənə insanları tanıdıbsa, Kafka da həyatın nə olduğunu göstərib.

Ümumiyyətlə, ədəbiyyatın, xüsusilə nəsrin nə olduğunu, necə olmalı olduğunu, onun mövzu və predmetinin nə olduğunu Kafka mənə aydınlaşdırıb.

Əslində keçən əsrin 30-40-cı illərindən sonra dünya ədəbiyyatında yaxşı nə yaranıbsa, hamısı Nitşe və Kafka ideyalarının nəticəsidir. Bunu hiss və dərk etməsələr də, bütün böyük əsərlərin yaranmasında Kafkanın açıq və ya gizli təsiri şəksizdir.

Bunun üçün onun saysız pritçaları olmasaydı belə, ölməzlik üçün iki nəsr əsəri - «Mühakimə» və «Qəsr» romanları da kifayət edərdi.
«Mühakimə»də hakimiyyət və dövlətin insanların həyatını özəlləşdirib onunla istədiyi rəftarı etdiyini, daha dəqiqi, şüurlu və seçmə nüsxələrin həyatını cəhənnəmə döndərdiyini, «Qəsr»də isə bütün həyat nemətlərini inhisara alaraq mənimsəyib, istəmədiyi heç kimi ona yaxın buraxmamasını parlaq bir formada əks etdirmişdir.

Pritçalar isə dövlətin oyuncağa döndərdiyi insanların obsurd varlığının rəngarəng ifadələridir.

Bu qüdrətli sənətkarın böyük həcmdə gündəlikləri də var ki, mənim kimi qətiyyətli Kafka ardıcılına qəribə təsir bağışladı.

500 səhifəlik bu gündəliklərin qəribəliyi nədədir? İlk növbədə ondadır ki, kiçik istisnaları nəzərə almasaq, onlarda nəinki Kafkaya qədər yaradılmış dünya fəlsəfi və ədəbi irsinin təsiri qətiyyən görünmür, ümumiyyətlə, hər bir savadlı və mədəni insanın formalaşması üçün vacib və zəruri olan böyük fikir və əbədi nəhənglərin heç adları belə, çəkilmir. Belə çıxır ki, bu nəhənglər ki, hər hansı yaradıcının dünyagörüşünün formalaşmasında vacib bir mərhələdir - Platon, Aristotel, Fukidid və ya Dante, Şekspir, Viko, Kant, Hegel, Şopenhauer, Servantes, Makiavelli, Nitşe və başqaları ya Kafka gündəliklərini yazmağa başlayandan əvvəl mütaliə edib qurtarmış, ya da ümumiyyətlə, onlardan heç xəbəri olmamışdır. Belə çıxır ki, ikinci variant daha ağlabatandır.

Bəs bunlarsız bu dərəcədə nəhəng və ən əsası ayıq təfəkkür sahibi necə formalaşmışdır?

Belə çıxır ki, Kafka, Zevsin başından çıxan ilahə Afina kimi dünyaya yaralqı-yasaqlı, hazır şəkildə gəlmişdir. Yəni həyatın və insanların tamamilə astar üzünü görən gözlərə sahib olmuşdur.

İkinci qəribə cəhət bu gündəliklərin mərkəzində duran insanın ətrafdakılarından kəskin fərqlənməsi, hər kimi və hər şeyi rentgen şüası buraxan gözlərlə görməsi və nəticədə təkliyi və tənhalığıdır.

Üçüncü qəribəlik bu gündəliklərdəki fikir ağırlığının, məzmun dərinliyinin yoxluğu, yəni bədii əsərləri ilə müqayisədə adiliyi və təsirsizliydir. Onlarda dönə-dönə eyni adamlarla münasibətlər, eyni adamların geyim, mimika və pozaları, müəllifin psixoloji aləmi təsvir olunur, başqa heç nə.

Sanki bu adam üçün gəlib-gedən iş yoldaşlarından, hər gün təmasda olduğu Maks, Baum, Lebi, ər-arvad Çissiklər, Şemerlər kimi dostlarından başqa heç kim və heç nə yoxdur.

O, daim xəstəliyindən, xüsusilə baş ağrısından, pis əhvalından şikayətlənir, vaxtsız ölüm hissi heç vaxt onu tərk etmir. Aydındır ki, bu, onun vaxtı üçün çarəsiz olan məlum xəstəliyin nəticəsidir.

Tez-tez teatr tamaşalarına baxır. Əsasən də alman və yəhudi müəlliflərinin. Amma heç birindən təsirlənmir. Ümumiyyətlə, ətrafında və dünyada onu sarsıdacaq sanki heç bir hadisə baş vermir. O, daim oxuyur. Amma bu oxuduqları ya yəhudi müəlliflərinin əsərləri, ya da ümumiyyətlə, ikinci, üçüncü dərəcəli romanlar, povestlərdir. İllər boyu oxumaqdan doymadığı isə yalnız Hötedir. Onun gündəlikləri və əsərləridir.

O, sanki Avstriya-Macarıstan imperiyasında yox, hakimiyyətsiz bir ölkədə yaşayıb. Böyük əsərlərini yalnız bu imperya dağıldıqdan sonra qələmə almışsa, bəs hər hansı hakimiyyətin, dövlətin əzici təbiətini harada görmüşdü?

Kafka cəmi 41 il yaşamışdır. Onun dərin, hissiyyatlı zəkası son mənzilə çatacağı dövrü hələ çox irəlicədən hiss edib təbii ki, bununla barışa bilməmişdir. Lakin gündəliklərdə taleyə, hökmə heç bir etiraz yoxdur, yalnız acı yaşantılar əks olunmuşdur.

Onun mühakimələri, düşüncələri və onların tərzi bədii əsərlərindəki dünyagörüşündən tamamilə fərqlənir. Gündəliklərdə olanlar və onların duyumu psixoloji realizm şəklində, bədii əsərləri - pritça və romanları isə tamamilə rəmzi, simvolik üslubdadır.

Gündəliklərin böyük hissəsi onun yuxularıdır. Yuxular adətən, işarə məzmunu daşıyır, qatmaqarışıq və çox zaman da fantastik məzmunda olur. Heç şübhəsiz ki, romanların və novellaların mövzusunu da ona yuxuları bəxş etmişdir. Amma bədii əsərlərində, xüsusilə «Mühakimə» romanında heç bir yuxu elementi yoxdur. «Qəsr» romanının mövzu və fakturası yuxunun məhsulu ola bilər. Yerölçənin tamamilə yuxu məhsulu olan Qəsrə getmək istəyi və Qəsrin filialı olan kənddə kəndxuda tərəfindən heç vəchlə içəri buraxılmaması doğrudan da röyaya oxşayır. Lakin qüdrətli bir zəka və eləcə də, qələm bu sxematik röyanı həyatla dolu canlı bir aləmə çevirmişdir, fövqəlrealist insan obrazları ilə doldurmuşdur.

Belə çıxır ki, İstiqamətləndirən onun həyatını lazım olan məcraya salıb ondan istədiklərini alandan, yəni əsərlərini yazdırandan sonra mənfi mənada onun əzablarına son qoymuşdur. Eyni zamanda hələ çap olunmayan bu əsərlərin, müəllifin istəyinə baxmayaraq, məhv edilməsinə də imkan verməmişdir. Dostu Maks Brod niyə onun istəyini yerinə yetirib əsərlərini yandırmamışdır? Məntiqə görə, ruhi yaxınlıqlarına baxmayaraq, eyni peşə sahibləri, yəni hər ikisi yazıçı olduqları və Kafkanın sənətkar kimi dostundan çox-çox yüksəkdə olduğu üçün Brod dərhal onun arzusunu yerinə yetirməli idi. Amma o, bunu etmədi və dünya ədəbiyyatını «yoxsulluqdan» xilas elədi. Niyə? Çox güman ki, İstimətləndiricinin hökmü ilə.

Beləliklə, Kafka ömrünün sonuna kimi gündəliklərində əsərlərindən demək olar ki, heç nə danışmır. Bu qeyri-adi üslubun və dərin realizmin mənşəyini biz heç cür müəyyən edə bilmirik. Biz, Kafkadan sonra dünyaya gələn bir çox yazıçılar bu üslubu və ifadə tərzini ondan öyrənirik. Bəs o, hardan öyrənib, necə tapıb? Belə çıxır ki, bizim hamımızdan fərqli olaraq o, xalis qızıl külçəsi imiş.

Kafka yazır: «Hər şey fantaziyadır: ailə, qulluq, dostlar, küçə (onun evinin pəncərəsi küçəyə baxırmış - Ə.N.) - hər şey fantaziyadır və arvad da fantaziyadır; ən yaxın həqiqət isə odur ki, sən başını hey nə pəncərəsi, nə də qapısı olan kameranın divarlarına vurursan».
Əladır, əlbəttə.

Gündəliklər bu cür mahiyyətlərlə doludur.

Yaxud:

«İnsan həyatının necə qeyri-kamil bir an olduğunu göstərmək, ona görə qeyri-kamil ki, o hətta əbədi davam etsə belə, yenə yalnız an olaraq qalacaqdır və Musa da Xanaana gedib çata bilmədi, ona görə yox ki, onun ömrü hədsiz qısa idi, ona görə ki, insan ömrü idi».

Kafka bir yerdə yazır: «Mən düşünmürəm ki, guya daxili vəziyyəti mənimkinə oxşayan adamlar var, buna baxmayaraq, mən özlüyümdə belə adamları təsəvvür edə bilirəm».

Bəli, mən də əminəm ki, ən azı belə adamlardan biri və bəlkə də, yeganə olaraq mənəm. /edebiyyat.biz/

Yenililklər
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.